Hörmətli gənclər təşkilatları və fəal gənclər,

Sizi, 10 Dekabr 2016-cı il tarixində, saat 10:30-da Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA)  proqramı çərçivəsində “Gənclər sektoruna biznes baxışı” təlimində  iştirak etməyə dəvət edirik.

Təlim çərçivəsində təlimçi Şəmsi Bayramzadə tərəfindən üzv təşkilatların nümayəndələri və fəal gənclərə sosial iş və biznes sahəsi arasındakı önəmli ortaq dəyərlər, ictimai fəaliyyət kimi mövzulardan bəhs olunacaq. Gənclər təlimdə iştirak edərək gənc liderin işverən, yoxsa işverənə kadr verən olmasını müəyyənləşdirəcək, ictimai fəaliyyətin necə başlaması, necə davametməsi və necə sonlandırılması və onun faydaları haqqında məlumat əldə edəcəklər.

Təlimçi haqqında: Şəmsi Bayramzadə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil almışdır. Hal-hazırda həmin universitetin doktorantıdır. 10 illik Biznes və Şəxsi İnkişaf üzrə təlimçilik təcrübəsi vardır. Hazırda Azərbaycanın ən böyük qida şirkəti "Azərsun Holdinq"-də Marketinq Şöbəsinin müdiri vəzifəsində çalışır. 

Qeyd edək ki, “QHT İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 73 gənclər təşkilatından 570 iştirakçı QİDA proqramı çərçivəsində 60 ayrı təlimdə iştirak edib

QİDA Akademiyası çərçivəsində keçirilən təlimdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla, 25 nəfər iştirak edəcək. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunacaq.

Təlimin  işçi dili: Azərbaycan dili.

Qeydiyyat: Təlimdə iştirak üçün qeydiyyatdan keçən və  iştirak təsdiqini almış təşkilat nümayəndələri və fəal gənclərin  şəxsiyyət vəsiqəsi ilə birgə 10 dekabr 2016-cı il saat 10:30-dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi: 8 dekabr 2016-cı il, 18:00-dək

Məkan: ARGTMŞ Gənclər Evi (Süleyman Rüstəm küçəsi 15H)

 

Əlaqələndirici şəxs: Qalib Kazımlı
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H