Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən noyabr-dekabr aylarında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda təsbit edilmiş 5.2.3 bəndininin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədi ilə “İdeya var!” gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcəkdir. Müsabiqə Azərbaycan gəncliyinin potensialını gənclərin və bütövlükdə Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Müsabiqə 4 nominasiya üzrə aparılır:

  1. Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi, milli mənəvi dəyərlərin  qorunması:
  2. Qeyri-formal təhsil, və gənclərin innovativ yaradıcılığı:
  3. Ekologiya və sağlam həyat tərzi
  4. Sosial həyat

Mükafat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu və pul mükafatından ibarətdir.

Müsabiqənin ümumi mükafat fondu 4000 (dörd min) manat təşkil edir. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 (beş yüz) manat, 2-ci yerin qalibi 300 (üç yüz) manat və 3- cü yerin qalibi 200 (iki yüz) manat məbləğində pul mükafatı ilə təltif ediləcəkdir.

Müsabiqənin finalı və qaliblərin mükafatlandırma mərasimi 03 fevral 2017-ci il tarixdə Bakı şəhərində keçiriləcəkdir.

Müraciət etmək istəyən şəxslər əlavədə yerləşdirilən iştirakçı vərəqələri və layihəni doldurub aşağıdakı elektron poçta yollamaları xahiş olunur.

Son müraciət tarixi: 10 yanvar 2017-ci il

Əlaqələndirici şəxs:
Vəzifə:
Mobil tel: (+994) 50 434-40-04
Tel: (+994) 12 465-64-43
Fax:
Ünvan: