Hörmətli ARGTMŞ-nın üzv təşkilatlarının rəhbərləri və nümayəndələri,
 

BMT sisteminin Azərbaycan Respublikasında öz qurumları arasında əsas əlaqələndirmə, planlaşdırma və qərar qəbuletmə mexanizmi olan BMT-nin  Heyəti Azərbaycanda  BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına (BMTGMŞ) üzvlük prosesini elan edir. BMTGMŞ-ə üzvlük 1 yanvar 2017-ci il – 31 dekabr 2018-ci il dövrünü əhatə edəcəkdir. 

BMT-nin Gənclərdən ibarət Məşvərət Şurası (BMTGMŞ) BMT-nin Ölkə Heyətinin nəzdində fəaliyyət göstərəcək fəaliyyətinin əsas məqsədi gənclərə dair məsələlərin və onların ehtiyaclarına cavab verən yanaşmanın BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinə, eləcə də 2030 Dayanıqlı İnkişaf Gündəliyinə və BMT-nin bu kimi digər proseslərinə daxil edilməsini təşviq etməkdən ibarətdir.

 Elana müraciət edəcək şəxslər 14-29 yaş arasında olmalı, eləcə də, ən əlverişsiz və təcrid olunmuş qruplar da daxil olmaqla, müxtəlif sosial qrupları və maraqları təmsil etməlidirlər. Bundan başqa, müraciət edəcək şəxslər yerli gənclər təşkilatları və peşəkar təşkilatlarda fəaliyyət göstərən və belə təşkilatlarla əlaqəsi olan şəxslər də olar bilər. 
Sənədlərin son verilmə tarixi 29 dekabr 2016-cı ildir. Göstərilən son tarixdən sonra təqdim edilmiş ərizələr nəzərə alınmayacaq.

BMTGMŞ-ə üzv olmaq istəyən şəxslər aşağıdakıları göndərməlidir:

· Doldurulmuş Ərizə Forması (Əlavə qeyd ounmuş)

· Müvafiq təşkilat və ya şəxsin müraciət edən şəxslə bağlı rəyi (əgər mövcuddursa).

Ərizələrinizi elektron formada bu ünvanlara göndərməyinizi xahiş edirik: raliyev@unicef.org və baku@unicef.org

BMTGMŞ-ı üçün işçi dili Azərbaycan dili olacaqdır. İngilis və Rus dilləri biliyinin olması əlavə üstünlük təşkil edəcəkdir.


Ərizə forması və üzvlük haqqıda ətraflı məlumatları aşağıdakı keçiddən əldə edə bilərsiniz.

 https://www.unicef.org/azerbaijan/media_30167.html

Əlavə material:
Əlaqələndirici şəxs: Aysun Zeynalova
Vəzifə: sədr müavini
Mobil tel: 077 421 11 32
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H