Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası növbəti Məlumat Turunu 26 yanvar 2017-ci il tarixində, saat 11:00-da  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasında keçiriləcəkdir.

XX əsrin əvvəllərindən etibarən Bakının inkişaf etməsi, yeni sənaye obyektlərinin, zavod və fabriklərin tikilməsi ilə şəhərə axının sürətlənir, yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşırdı. Məhz buna görə Bakı Metropolitenin inşa edilməsi nəzərə alınmış və 1967–ci ildə Bakı metrosu şərqdə ilk, postsovet məkanında beşinci metropoliteni olaraq, 5 stansiya ilə istifadəyə verilmişdir.

ARGTMŞ-ın məlumat turu zamanı iştirakçılara gənclərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin xətləri və stansiyaları, elektrik deposu, sərnişin qatarları, tunellərdən (sərnişin qatarlarından) və stansiyalardan sərnişinlərin təxliyyə qaydaları və metropolitendən istifadə qaydalarının öyrənilməsi, əməl olunmasının vacibliyi, sərnişinlərin metropolitenə yaratdığı çətinliklər, sərnişin vandalizmi haqqında məlumat veriləcək və eləcə də iştirakçılar ilə birlikdə elektrik deposuna ziyarət olunacaq və iştirakçıları  maraqlandıran  suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılacaqdır.

ARGTMŞ-ın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 70 gənclər təşkilatının 250-dən çox nümayəndəsi 15 məlumat turunun iştirakçısı olub.

Qeyd: Məlumat Turunda ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz, özünüzlə şəxsiyyət vəsiqənizi və vəsiqənizin kopyasını gətirməyiniz xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: Azadlıq prospekti 47A (“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzi inzibati binasının qarşısı)

Görüş saatı: 10:30

Vaxt: 26.01.2017

Qeydiyyat üçün son müraciət tarixi: 24 yanvar 2017 - cı il, saat 11:00 - a qədər.

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H