Hörmətli gənclər təşkilatlarının nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 8 fevral 2017-ci il tarixində, saat 15:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən sahənin qanunvericilik bazası və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla yeni turizm marşrutlarının təşviqi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması və inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Məlumat turu zamanı iştirakçılar Nazirliyin iş strukturu, şöbələrlə tanış olacaq, Nazirliyin turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə qaydaları, bu potensialın necə artırılması, hansı layihələrin keçirilməsi, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.

Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 75 gənclər təşkilatının 260-dən çox nümayəndəsi böyük maraqla 16 məlumat turunun iştirakçısı olub.

Qeyd: Məlumat Turunda Milli Şuranın üzv təşkilatlarının rəhbər statusunda olan şəxsləri iştirak edə bilər. Məlumat turunda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmağınız, ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz və özünüzlə şəxsiyyət vəsiqənizi gətirməyiniz xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: Bakı şəhəri, Hökümət Evi, Ü. Hacıbəyli küçəsi, 84

Görüş saatı: 14:30

Vaxt: 08.02.2017

Qeydiyyat üçün son müraciət tarixi: 6 fevral 2017-ci il 11:00-a qədər

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H