Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Sizi, 18 fevral  2017-cı il tarixində Milli Şura tərəfindən ““Gənclər Təşkilatları İdarəetmə Akademiyası” çərçivəsində həyata keçiriləcək “Məqsəd qoyma və həyat prespektivlərinin qurulması” mövzusunda təlimdə iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edirik.

Təlim çərçivəsində təlimçi Anar Məmmədov tərəfindən üzv təşkilatların nümayəndələri və fəal gənclər şəxsi dəyər sisteminin dərk edilməsi, məqsədlərin qoyuluşu, planlaşdırma və məqsədlərə çatma mexanizmləri ilə tanışlıq, həyat prespektivlərinin müəyyən edilməsi üçün şəraitin yaradılması haqqında məlumat əldə edəcəklər.

Təlimçi haqqında: Anar Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin İnzibati İdarəetmə ixtisası üzrə təhsil alıb.  Uzun müddət biznes, qeyri-hökümət təşkilatları və media sahəsində fəaliyyət göstərərək 50-yə yaxın layihənin rəhbəri, 10-a yaxın beynəlxalq layihənin iştirakçısı olmuşdur. Ünsiyyət texnologiyaları, inandırma, araşdırma və ekstriment üsulları sahəsində 15 illik təcrübəyə malikdir.

Qeyd edək ki, “Gənclər Təşkilatarının İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 80 gənclər təşkilatından 595 iştirakçı QİDA proqramı çərçivəsində 61 ayrı təlimdə iştirak edib

QİDA Akademiyası çərçivəsində keçirilən təlimdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla, 30 nəfər iştirak edəcək. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunacaq

.Təlimin  işçi dili: Azərbaycan dili.

Təlimin müddəti: 4 saat

Qeydiyyat: Təlimdə iştirak üçün qeydiyyatdan keçən və  iştirak təsdiqini almış təşkilat nümayəndələri və fəal gənclərin  şəxsiyyət vəsiqəsi ilə birgə 18 fevral 2017-cı il saat 10:30-dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi:15 fevral 2017-cı il, 18:00-dək

Məkan: ARGTMŞ Gənclər Evi (Süleyman Rüstəm küçəsi 15H)

Əlaqələndirici şəxs: Qalib Kazımlı
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H