Hörmətli  gənclər təşkilatları, 

Fransada fəaliyyət göstərən vəkil Avocat Olivier tərəfindən www.change.org saytında Xocalı Soyqırımının tanınması üçün Petisiya (PÉTITION POUR FAIRE RECONNAÎTRE LE MASSACRE DE KHOJALY) yerləşdirilib.
Petisiyada Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfərin qətlə yetirildiyi, 1275 sakinin girov götürüldüyü, 150 nəfərin taleyinin isə bu günədək naməlum qaldığı barədə məlumat verilir.
Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyəti bu faciə haqqında az bilgilidir. İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır. Petisiyada Fransa Hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir. 

Gənclər təşkilatlarının petisiaya qoşulması və onu imzalaması cox vacibdir. 

Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil olun:
https://www.change.org/p/petition-pour-faire-reconnaitre-le-massacre-de-khojaly?lang=en-GB

Əlaqələndirici şəxs: Cavid Kərimov
Vəzifə: Üzv Təşkilatlarla iş üzrə Katib
Mobil tel: 077 421 11 62
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H