“Avropada könüllü ol!” seminarında iştirak et, Avropada könüllü olmaq şansını əldə et!

Hörmətli  gənclər və gənclər təşkilatlarının nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası sizi 15 mart 2017-ci il tarixində Gənclər və İdman Nazirliyinin və Avropa Komissiyasının Erasmus+ proqramının dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti çərçivəsində keçiriləcək “Avropada Könülü ol” seminarında iştirak etməyə dəvət edir.

Seminar gənclərin beynəlxalq könüllülük mübadiləsi proqramı olan Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS) çərçivəsində könüllülük imkanları barədə məlumatlandırılması məqsədi ilə həyata keçirilir. Seminar “SALTO Youth” Resurs Mərkəzinin beynəlxalq təlimçisi Natalia Nikitina tərəfindən aparılacaqdır.

Avropa Könüllülük Xidməti  Avropa İttifaqının "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında qısa və uzunmüddətli könüllülük mübadiləsini təşkil etmək məqsədi ilə həyata keçirilir. Avropa Könüllülük Xidməti ilə gənclər 2 aydan 12 aya qədər fərqli ölkədə, fərqli mühitdə könüllü olaraq fəaliyyət göstərmək, təcrübə qazanmaq, dil biliklərini inkişaf etdirmək və öyrənmək şansı əldə edir. Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən etibarən Avropa Könüllülük Xidmətinin akkreditasiyasından keçərək “göndərən” və “qəbul edən” təşkilat akkreditasiyasını almış, 2016-cı ildə isə həmin akkreditasiyanı yeniləyərək gənclərin beynəlxalq könüllülük proqramlarında iştirakını təmin etməkdə davam edir.

"Avropada könüllü ol " seminarından öyrənəcəksiniz:
- Beynəlxalq könüllülük nədir? 
- Avropada necə könüllü olmaq olar? 
- Avropada Könüllü olmağın şərtləri 
- Avropa Könüllülük Xidmətinin üstünlükləri 
- Avropa Könüllülük Xidməti Proqramında maddi təminat 
- Azərbaycan Könüllülük Xidməti nədir? 
- Azərbaycan Könüllülük Xidmətinə necə qoşulmaq olar? 

Seminar iştirakçıları aşağıda göstərilən meyarlara cavab verməlidir:

  • 17-29 yaş aralığında gənclər
  • İngilis dili biliyi ən azı “intermediate” səviyyəsində olmalı

Tarix: 15 mart 2017-ci il, 15:00-17:30

Məkan: Gənclər Evi (ARTGMŞ ofisi)

Seminarın işçi dili: İngilis dili

Son qeydiyyat tarixi: 13 mart 2017-ci il

Əlaqələndirici şəxs: Ilhamə Qasımzadə
Vəzifə: Beynəlxalq Əlaqələr üzrə katib
Mobil tel: 077 421 11 91
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H