Hörmətli  gənclər və gənclər təşkilatlarının nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə “Gənc Elçilər” Proqramına start verilir.

“Gənc Elçilər” Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramıdır. Proqramın əsas məqsədi  Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək  gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsidir.

“Gənc Elçilər” Proqramına qoşulmaqla əldə edəcəksiniz:

  • Diplomatiya və təmsilçiliklə bağlı təlim və seminarlarda iştirak edərək məlumatlanma
  • Beynəlxalq münasibətlər üzrə mütəxəssislər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etmək imkanı
  • Müvafiq sahədə şəxsi və peşəkar bacarıqların artırılması
  • Beynəlxalq tədbirlərdə ölkəni təmsil etmə imkanı
  • Peşəkar və mehriban komandanın, “Gənc Elçilər Şəbəkəsinin” üzvü olmaq şansı

“Gənc Elçilər” Proqramı öz fəaliyyətində 3T modelinə əsaslanır:

#Təlim – Gənclərin diplomatiya sahəsində təlimləndirilməsi

#Təcrübə – Gənclərə təmsilçiliklə bağlı praktiki biliklərin aşılanması

#Təmsilçilik – Gənclərə beynəlxalq tədbirlərdə təmsilçilik imkanlarının yaradılması

Proqram iştirakçıları üçün aşağıda göstərilən meyarlara namizədin seçimində üstünlük veriləcəkdir:

  • 18-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları
  • İngilis və rus dillərindən ən az birində sərbəst danışmaq bacarığına malik gənclər
  • Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş gənclər
  • Yüksək şəxsi keyfiyyətlərə və beynəlxalq təcrübəyə malik olan gənclər
  • Proqramın bütün fəaliyyət dövründə iştirak etmək imkanına malik gənclər

 

“Gənc Elçilər” Proqramında iştirakçıların seçim proseduru 3 pillədə aparılacaq:

  • Onlayn qeydiyyat mərhələsi. Qeydiyyat onlayn formada müraciət edən namizədin özü haqqında şəxsi təhsili və peşəkar fəaliyyətini əks etdirən məlumat bölməsini doldurulması prosesi ilə həyata keçirilir.
  • Müsahibə & Müsabiqə mərhələsi. Qeydiyyat mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibə zamanı namizədlərin müvafiq sahədə təcrübə və məlumatlılığı yoxlanılacaq. Müsabiqə mərhələsi haqqında namizədlərlər müsahibə əsnasında məlumat veriləcək. Yekun olaraq namizədlər sırasından seçilmiş 25 gənc proqramda iştirak hüququ qazanacaq.

 

“Gənc Elçilər” Proqramına qoşulmaq üçün qeydiyyatdan keçin.

Qeyd: Qeydiyyat formunu ingilis dilində doldurmağınız tələb olunur.

Son Qeydiyyat tarixi: 5 aprel 2017-ci il. 

Əlaqələndirici şəxs: Ilhamə Qasımzadə
Vəzifə: Beynəlxalq Əlaqələr üzrə katib
Mobil tel: 077 421 11 91
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H