Yeni təcrübə əldə etmək, gənclər siyasətində fəal olmaq, gələcəkdə uğurlu karyera qurmaq istəyən gəncləri Gənclər Təşkilatları Milli Şurasının komandasına qoşulmağa dəvət edirik! 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 124 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Milli Şuranın məqsədi öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.

Fəal, yaradıcı və bacarıqlı gənclərə təklif etdiyimiz, Milli Şuranın fəaliyyətinə yaxından cəlb olunmaqla təşəbbüslərinin dəstəklənməsinə, gələcək karyeraları üçün vacib olan bilik və bacarıqlara yiyələnmələrinə, Azərbaycanda gənclər hərəkatının inkişaf etdirilməsinə öz töhvələrini vermək üçün imkan yaratmaqdır.

Milli Şuranın komandasına təcrübəçi/könüllü olaraq qoşulmaq üçün aşağıda göstərilən meyarların birinə və ya bir neçəsinə cavab verməyiniz vacibdir:

1. Yaş həddi 18-29 yaş arası olmalı;

2. Azərbaycan vətəndaşı olmalı və ya Azərbaycanda daimi yaşmalı / təhsil almalı;

3. Xarici dilləri (rus, ingilis və sair) bilməli, Azərbaycan dilində səlis danışmalı;

4. Baza komputer bilikləri olmalı;

5. Təşəbbüskar və məsuliyyətli olmalı;

6. Komanda da işləməyi bacarmalı;

7. Kreativ və yenilikçi olmalı;

8. Müstəqil qərar qəbul etmə bacarığı və analitik düşünmə qabiliyyəti olmalı;

9. Araşdırma vərdişləri olmalı;

10. Stres şəraitində işləməyi bacarmalı;

11. Cəmiyyətə və gəncliyə töhvə verməyə hazır olmalıdır.

İş şəraiti haqqında məlumat:

Seçilmiş gənclər Gənclər Təşkilatları Milli Şurasının Bakı şəhərinin mərkəzində (Süleyman Rüstəm küç. 15H) yerləşən Gənclər Evində, peşəkar gənclər komandası ilə birlikdə işləyə biləcəkdir. Təcrübəçi və könüllülələrin onlarla əvvəlcədən razılaşdırılmaqla iş qrafiki müəyyən olunur.

Fəaliyyət göstərə biləcəyəniz əsas iş sahələri:

 

  • beynəlxalq əlaqələr və institusional tərəfdaşlarla iş;
  • beynəlxalq gənclər kampaniyaları;
  • milli gənclər kampaniyaları;
  • layihələrin və proqramların hazırlanması və idarə olunması;
  • fandreyzinq və korporativ sektorla əlaqələr;
  • dövlət sektoru ilə əlaqələr və sənədlərin hazırlanması;
  • ictimaiyyətlə əlaqələr, dizayn, poliqrafiya;
  • gənclər təşkilatları ilə əlaqələndirmə işi;
  • regionlar (rayon və kəndlər) ilə iş;
  • inzibatçılıq və təçhizat;
  • digər fəaliyyətlər;

 

Bizə qoşulmaqla nə əldə edəcəksiniz?

Komandamıza qoşulan gənclər seçdikləri sahələrə müvafiq olaraq Milli Şuranın fəaliyyətinə qoşulacaq, real iş təcrübəsi, milli və beynəlxalq səviyyədə əlaqələr və gündəlik maraqlı iş şəraiti əldə edə biləcklər.

Sizlər:

• planlaşdırma;

• idarəetmə;

• nəzarət;

• təşəbbüslərin və tapşırıqların idarə olunması;

• hesabatçılıq;

• büdcənin hazırlanması;

və başqa bacarıqlara yiyələnəcək, xarici ölkələrdə təmsil olunmuş proqram, layihə və təlimlərdə ölkəmizi təmsil etmə imkanı əldə edəcəksiniz.

Əgər, siz bu komandanın bir parçası olmaq, gələcək karyeranızı gənclər sektorunda və ya əlaqəli sektorlarda davam etdirmək, sadəcə gənc yaşınızda böyük işlər görmək istəyirsinizsə aşağıdakı müraciət formasını 30/03/2017-ci il tarixinədək doldurun:

 

Əlaqələndirici şəxs: Cavid Kərimov
Vəzifə: Üzv Təşkilatlarla iş üzrə Katib
Mobil tel: 077 421 11 62
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H