Hörmətli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 5 aprel 2017-ci il tarixində, saat 14:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında keçiriləcək.

Məlum olduğu kimi, 132 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daima inkişafda olmuş və Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır. Möhtərəm Prezident Cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində son vaxtlar həyata keçirilən və planlaşdırılan bir çox layihələr çoxşaxəli dəmir yollarının yeni mükəmməl ünvanını - Azərbaycanı bir daha dünyaya tanıdıcaqdır. Bu, Azərbaycanın iqtisadi və nəqliyyat potensialını bir daha açaraq onu cazibədar edəcəkdir.

Belə ki, keçirilən Məlumat turu zamanı iştirakçılar Cəmiyyətin iş strukturu, şöbələrlə tanış olacaq, dəmiryolunun infrastrukturu və yenilənməsi, yük daşımalarının modernizasiyası, sərnişin daşımaları habelə, gənclərlə birgə keçirilən layihələr kimi bir sıra mövzular haqqında məlumat əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.

Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 80 gənclər təşkilatının 300-dən çox nümayəndəsi böyük maraqla 18 məlumat turunun iştirakçısı olub.

Qeyd: Məlumat Turunda Milli Şuranın üzv təşkilatlarının rəhbər statusunda olan şəxsləri iştirak edə bilər. Məlumat turunda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmağınız, ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz və özünüzlə şəxsiyyət vəsiqənizi və kopyasını gətirməyiniz xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısı

Görüş saatı: 13:30                                                                                 

Vaxt: 05.04.2017

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakışəh.,Süleyma nRüstəm küç. 15H