Hörmətli üzv təşkilatlar,

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Elektron Hökümət Təlim-Tədris Mərkəzinin birgə tərəfdaşlığı ilə gənclər təşkilatları arasında onlayn şəkildə sorğu həyata keçirir.

Sorğunun keçirilməsinin məqsədi Milli Şuraya üzv olan gənclər təşkilatları arasında elektron imzanın istifadəsinin səmərəliliyi, əhəmiyyəti, istifadə dairəsi və vacibliyi, həmçinin elektron imzanın gənclər təşkilatlarının fəaliyyətinə təsirinin ölçülməsidir.

Cənab Prezident İlham Əliyevin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərancamimzalamışdır.Sərancamda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və digər dövlət təşkilatlarına “Elektron Hökumət” portalına yeni xidmətlərin əlavə olunması ilə bağlı tapşırıqlar verilmişdir. Milli Şura, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sərancama əsasən bir neçə fəaliyyət həyata keçirir. Bunlardan ən əsası elektron imzaların istifadəsi barədə gənclər təşkilatları arasında maarifləndirmə işinin aparılmasıdır.

Sorğu vasitəsi ilə “elektron hökumət” həllərinin əhəmiyyəti, onlara olan tələbat və elektron hökumət həllərinə dair təkliflər müəyyən ediləcəkdir. Bu sorğunun nəticəsi əsasında üzv təşkilatlara yeni e-imzalarınyalnız zəruriliyini inandıran gənclər təşkilatlarına təqdim edilməsi və bu mövzu üzrə təlimlərin həyata keçirilməsi planlaşdırılır.

Sorğuda fəal olmağa və ən əsası bu sorğunun nəticəsi əsasında elektron imza əldə etmə imkanınızın olmasını nəzərinizə çatdırırıq.

Elektron imza təşkilatınızın internet mühitdə yeganə identifikasiya vasitəsidir. İnsanların əl imzalarının rəqəmli eynisi kimi qəbul edilən və elektron halda kimliklərinintəsdiq edilməsini təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirməyə, sənədləri elektron formada imzalamağa və dövlət xidmətlərindən elektron formada istifadə etməyə imkan verir.

Qeyd edək ki, 19 dekabr 2014-cü il tarixində Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Mənim Elektron Hökümətim” adlı tədbir çərçivəsində üzv təşkilatlara ilk dəfə olaraq e-imzalar təqdim olunmuş və istifadəçilərə e-imzalar barədə məlumatlar verilmişdir. 

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakışəh.,Süleyma nRüstəm küç. 15H