Hörmətli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 26 aprel 2017-ci il tarixində, saat 11:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçiriləcək.

Məlum olduğu kimi,  İqtisadiyyat Nazirliyi mühüm dövlət strukturu kimi ölkəmizin iqtisadi siyasətinin formalaşmasında, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında, xarici iqtisadi və ticarət əlaqələrin qurulmasında, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqində, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımının həyata keçirilməsində çox vacib rol oynayır. Xüsusən son illər dünyada baş verən mürəkkəb iqtisadi proseslər fonunda nazirliyin iqtisadi durumun sabitləşməsi, bir sıra qabaqlayıcı tədbirlər görməsi, qeyri-neft sektorunun inkişafına diqqət yetirməsinə yönəlmiş siyasəti Azərbaycanın yenə də regionda və dünyada iqtisadi tərəqqiyə malik ölkə kimi tanınmasına öz töhfəsini verməkdədir.

Belə ki, keçirilən Məlumat turu zamanı iştirakçılar Nazirliyinin  iş strukturu, şöbələrlə tanış olacaq, həyata keçirilən və planlaşdırılan iqtisadi layihələr və proqramlarda xüsusən gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumatlar əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.

Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 80 gənclər təşkilatının 300-dən çox nümayəndəsi böyük maraqla 19 məlumat turunun iştirakçısı olub.

Qeyd: Məlumat Turunda Milli Şuranın üzv təşkilatlarının rəhbər statusunda olan şəxsləri iştirak edə bilər. Məlumat turunda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmağınız, ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz və özünüzlə şəxsiyyət vəsiqənizi və kopyasını gətirməyiniz xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasının qarşısı (Hökümət evi)

Görüş saatı: 10:30                                                                                 

Vaxt: 26.04.2017

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakışəh.,Süleyma nRüstəm küç. 15H