Gənclər təşkilatları Ünvanlı Təlimləndirmə Xidməti vasitəsi ilə öz ofislərində təlimləndiriləcək və fəaliyyətləri ilə bağlı yeni biliklər qazanmaq imkanı əldə edəcək.

“Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində həyata keçirilən “Ünvanlı Təlimləndirmə” Xidməti Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının idarə və işçi heyətinə, üzv və könüllülərinə təşkilatın fəaliyyətinin təşkili və idarəolunması ilə bağlı çətinlik çəkdikləri sahələr üzrə təlimləndirilməsi vasitəsi ilə gənclər təşkilatlarının potensialının artırılmasına istiqamətlənib.

Ünvanlı Təlimləndirmə Xidməti tək paytaxt ərazisində deyil, o cümlədən regionda yerləşən gənclər təşkilatlarının istifadəsi üçün unikal bir xidmət növüdür.

Ünvanlı Təlimləndirmə Xidmətində istifadə etmək üçün:

·         Təşkilatınız üçün təlimə ehtiyac duyduğunuz sahəni müəyyən etmək;

·         Təlim üçün iştirakçıların sayını və hədəf qrupunu müəyyənləşdirmək;

·         Təlim üçün sizə uyğun vaxtı müəyyən etmək;

·         Elanda yerləşdirilən müraciət formasını doldurmaq:

Ünvanlı Təlimləndirmə Xidmətinin göstərilməsi proseduru:

·         Qəbul olunmuş müraciətə baxılır və təşkilatla əlaqə saxlanılır;

·         Təlim ehtiyyaclarının qiymətləndirilməsi üçün təlim diaqnostikası aparılır;

·         Təlimin mövzusu, büdcəsi və təsviri formalaşdırılır;

·         Təlimçi seçilir və təlim materialları hazırlanır;

·         Təlim keçirilir;

·         Təlimin qiymətləndirilməsi aparılır;

·         Təlim başa çatdıqdan sonra mütəmadi olaraq təşkilatla əlaqə saxlanılır və təlimin potensialın artırılmasında effektivliyi ölçülür.

Gənclər Təşkilatları müraciət üçün aşağıdakı linkə daxil olaraq ərizə formasını doldura bilər:

Əlavə material:
Əlaqələndirici şəxs: Cavid Kərimov
Vəzifə: Üzv təşkilatlarla iş üzrə katib
Mobil tel: 077 421 11 62
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakışəh.,Süleyma nRüstəm küç. 15H