Hörmətli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 15 may 2017-ci il tarixində, saat 15:00-da Azərbacan Respublikası Dövlət Neft Fondunun inzibati binasında keçiriləcək.

Məlum olduğu kimi, Neft Fondunun əsas məqsədi  Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.Bundan başqa ölkədə makroiqtisadi sabitliyin qorunması, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi istiqamətində mühüm işlər görür.Müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilmiş Neft Fondu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında və imicinin formalaşmasında  öz töhfəsini verməkdədir.

Belə ki, keçirilən Məlumat turu zamanı iştirakçılar Neft Fondunun fəaliyyəti haqqında təqdimat vasitəsi ilə Fondun missiyası və strukturu, Azərbaycan iqtisadiyyatında rolu haqqında məlumat əldə edəcək, muzeyi və şöbələri ilə tanış olacaq, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda xüsusən gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumatlar əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.

Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 82 gənclər təşkilatının 320-dən çox nümayəndəsi böyük maraqla 20 məlumat turunun iştirakçısı olub.

Qeyd: Məlumat Turunda Milli Şuranın üzv təşkilatlarının rəhbər statusunda olan şəxsləri iştirak edə bilər. Məlumat turunda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmağınız, ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz və özünüzlə şəxsiyyət vəsiqənizi və kopyasını gətirməyiniz xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasının qarşısı

Görüş saatı: 14:30                                                                                

Vaxt: 15.05.2017

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakışəh.,Süleyma nRüstəm küç. 15H