Hörmətli gənclər və gənclər təşkilatlarının nümayəndələri,

Avropa Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycandan olan gənc multiplayerlər və təlimçilər üçün insan hüquqları təhsili və demokratik vətəndaşlıq mövzusunda uzunmüddətli təlim kursu təşkil edirlər.

KOMPAS təlim kursu yerli, regional və milli səviyyədə tədris layihə və tədbirlərinin icrası üçün gənclər vasitəsilə insan hüquqları təhsilinin və gənclər sahəsi üzrə işləyənlərin, liderlərin və təlimçilərin qabiliyyətlərinin (bilik, bacarıq, davranış) artırılması vasitəsilə qeyri-formal təhsilin keyfiyyətini artıracaq

Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planının gənclər bölməsinin əsas tədbiri olaraq bu təlim kursuna daxildir: Azərbaycanda birinci təlim seminarı: 27 iyun – 3 iyul 2017-ci il; E-tədris mərhələsi: iyun 2017 – fevral 2018; Layihə planlaması və icrası: iyun 2017 – fevral 2018; Strasburqda ikinci təlim seminarı: aprel 2018.

Təlim kursu 30-a yaxın iştirakçını bir araya gətirəcək: gələcəkdə təlimçi olmaq potensialı olan gənc liderlər, gənclər sahəsi üzrə işçilər, gənc fəallar və insan hüquqları təhsili üzrə multiplayerlər.

Bütün maraqlanan şəxslər 4 iyun 2017-ci il, 12.00-a qədər (Bakı vaxtı ilə) http://youthapplications.coe.int ünvanında onlayn ərizə formasını doldurmalı və təşkilat/müəssisə tərəfindən dəstək məktubunu yükləməlidirlər.

 

Əlavə material:
Əlaqələndirici şəxs: İlhamə Qasımzadə
Vəzifə: Beynəlxalq Əlaqələr üzrə katib
Mobil tel: 077 421 11 91
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakışəh.,Süleyman Rüstəm küç. 15H