Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Sizi 26 may tarixində Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA)  proqramı çərçivəsində “ Sosial sahibkarlıq” adlı təlimdə  iştirak etməyə dəvət edirik.

Təlim çərçivəsində təlimçi Günay Muxtarova tərəfindən üzv təşkilatların nümayəndələri və fəal gənclər  sosial sahibkarlıq haqqında öyrənəcək, sosial sektor institutlarının səmərəsizlikdən tərəqqi metodlarına keçmə və mütərəqqi idarəçilik üsulları və digər məlumatlara yiyələnəcəklər. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılacaqdır.

Təlimçi haqqında: Günay Muxtarova İsveçrə Beynəlxalq Cenevrə Universitetinin Beynəlxalq Münasibətlər fakültəsi üzrə magistr təhsili almışdır. BMT və Avropa Parlamenti kimi qurumlarda uzunmüddətli təcrübə keçmişdir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri programının məzunu olmuş və digər beynəlxalq layihədə və startuplarda koordinator vəzifəsində çalışmışdır.Hal-hazırda Bakı Dövlət Universitetində beynəlxalq təhsil və inkişaf üzrə konsultant vəzifəsində fəaliyyət göstərir.

Qeyd edək ki, “QHT İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 82 gənclər təşkilatından 620 iştirakçı QİDA proqramı çərçivəsində 62 ayrı təlimdə iştirak edib.

QİDA Akademiyası çərçivəsində keçirilən təlimdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla, 25 nəfər iştirak edəcək. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunacaq.

Təlimin  işçi dili: Azərbaycan dili.

Qeydiyyat: Təlimdə iştirak üçün qeydiyyatdan keçən və  iştirak təsdiqini almış təşkilat nümayəndələri və fəal gənclərin  şəxsiyyət vəsiqəsi ilə birgə 26.05.2017-ci il, saat 18:00 dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi: 24.05.2017  18:00

Məkan: ARGTMŞ Gənclər Evi 

Vaxt:  26.05.2017, saat 18:00

Əlaqələndirici şəxs: Qalib Kazımlı
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakışəh.,Süleyman Rüstəm küç. 15H