Hörmətli gənclər təşkilatlarının rəhbərləri,

Sizi, 17 iyun  2017-ci il tarixində həyata keçiriləcək və Azərbaycanın 124 gənclər təşkilatını özündə birləşdirən, minlərlə gənci təmsil edən vahid gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisində iştirak etmək üçün qeydiyyatdan keçməyə çağırırıq.

Qeyd edək ki, Milli Qurtuluş Günü ərəfəsində baş tutacaq Məclisdə hesabat dövründə görülən işlərlə bağlı Milli Şuranın üzvlərinin məlumatlandırılması, cari məsələlərin müzakirə olunması, eyni zamanda yeni üzvlərin qəbul edilməsi həyata keçiriləcəkdir.

Məclisdə iştirak edəcəyinizi təsdiq etmək məqsədi ilə aşağıda yerləşdirilən qeydiyyat formasını doldurmağınız xahiş olunur.

 

Təşkilat rəhbərinin iştirakı mümkün olmadıqda tədbirdə iştirakı nəzərdə tutulan əsas nümayəndəyə təşkilat rəhbəri tərəfindən səsvermə hüququnun ötürülməsi ilə bağlı yazılı vəkalətnamə verilməlidir. Vəkalətnamə təşkilat rəhbərinin imzası və təşkilatın möhürü ilə olmalıdır. Vəkalətnamə 15 iyun 2017-ci il 18:00-a qədər members@nayora.az e-mail ünvanına göndərilməlidir. Vəkalətnaməsi olmayan qeyri-rəhbər nümayəndələr səsvermə üçün mandat ala bilməyəcək.

Qeydiyyat üçün son müraciət tarixi: 10 iyun 2017-ci il, 18:00-dək

Qeydiyyat: Məclisdə iştirak üçün qeydiyyatdan keçən təşkilat rəhbər və nümayəndələri 17 iyun 2017-ci il saat 09:00-da  tədbirin keçiriləcəyi məkanda olması və qeydiyyat üçün ayrılmış masaya yaxınlaşması xahiş olunur. 

Tədbirin tarixi:17 iyun 2017-ci il

Məkan: Gəncliyə Yardım Fondu (Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 16)

Əlaqələndirici şəxs: Cavid Kərimov
Vəzifə: Üzv təşkilatlarla iş üzrə katib
Mobil tel: 077 421 11 62
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H