Hörmətli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti Məlumat Turu 20 iyun 2017-ci il tarixində, saat 11:00-da Bakı Neft Emalı Zavodunda keçiriləcəkdir.

Məlum olduğu kimi, Heydər Əliyev adına Bakı Neft Emal Zavodu yarandığı gündən Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri qabaqcıl müəssisəyə çevrilmişdir. 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Neft Emal zavodunda 300 mln. tondan artıq netf emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmişdir. Zavod rsepublikanın neft məhsullarına olan təlabtı tam ödəyir. Belə ki, müasir standartlara cavab verən, Neft Emal Zavodu Azərbaycan neftinin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında və imicinin formalaşmasında  öz töhfəsini verməkdədir.

Belə ki, keçirilən Məlumat turu zamanı Heydər Əliyev adına Bakı Neft Emal Zavodunun strukturu və fəaliyyəti istiqamətləri haqqında məlumatlar veriləcək, zavodun ərazisində yerləşən əsas istehsal qurğuları və Zavodda olan Heydər Əliyev muzeyi ilə tanışlıq olunacaq və gənclərlə birgə keçirilən layihələr kimi bir sıra mövzular haqqında məlumat əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.

Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 85 gənclər təşkilatının 350-dən çox nümayəndəsi böyük maraqla 21 məlumat turunun iştirakçısı olub.

Qeyd: Məlumat Turunda Milli Şuranın üzv təşkilatlarının rəhbər statusunda olan şəxsləri iştirak edə bilər. Məlumat turunda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmağınız, ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz və özünüzlə şəxsiyyət vəsiqənizi və kopyasını gətirməyiniz xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: “Neftçilər” metro stansiyasının qarşısı

Görüş saatı: 10:30                                                                       

Vaxt: 20.06.2017

Qeydiyyat üçün son müraciət tarixi: 18 iyun 2017-ci il

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H