Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Sizi 12 iyul saat 16:00-da  Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA)  proqramı çərçivəsində “ Pul siyasəti” adlı təlimdə  iştirak etməyə dəvət edirik.

Qeyd edək ki, gənclər təkilatlarının nümayəndələri və gənclər üçün müxtəlif mövzular üzrə silsilə təlim sessiyaların həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sözügedən təlim çərçivəsində təlimçi Elçin Güləliyev tərəfindən üzv təşkilatların nümayəndələri və fəal gənclər  ölkədəki pul dövriyyəsi, valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimlənilməsi haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılacaqdır.

Qeyd edək ki, “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 83 gənclər təşkilatından 640 iştirakçı QİDA proqramı çərçivəsində 63 ayrı təlimdə iştirak edib.

QİDA Akademiyası çərçivəsində keçirilən təlimdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla, 20 nəfər iştirak edəcək. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunacaq.

Təlimin  işçi dili: Azərbaycan dili.

Qeydiyyat: Təlimdə iştirak üçün qeydiyyatdan keçən və  iştirak təsdiqini almış təşkilat nümayəndələri və fəal gənclərin  şəxsiyyət vəsiqəsi ilə birgə 10.07.2017-ci il, saat 15:30-dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və təlimə dəvət olunacaqlar.

Qeydiyyat üçün son müraciət tarixi: 10.07.2017  12:00

Məkan: Azərbaycan Respublikası Mərkəzi Bankı

Vaxt:  12.06.2017, saat 16:00

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H