Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Sizi 31 iyul saat 16:00-da Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA)  proqramı çərçivəsində “Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin fəaliyyəti” adlı seminar iştirak etməyə dəvət edirik.

Seminar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həyata keçiriləcəkdir. Qeyd edək  ki, Mərkəzi Bank tərəfindən gənclər təşkilatlarının nümayəndələri və gənclər üçün müxtəlif mövzular üzrə silsilə təlim və semilarların həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sözügedən seminar çərçivəsində Elman Muradov tərəfindən üzv təşkilatların nümayəndələri və fəal gənclər  Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin fəaliyyəti, baş verən yeniliklər, İnformasiya texnologiyalarında ortaya çıxan problemlərin həlli, yeni texnologiyalardan istifadə qaydaları haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılacaqdır.

Qeyd edək ki, “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 85 gənclər təşkilatından 650 iştirakçı QİDA proqramı çərçivəsində 64 ayrı təlimdə iştirak edib.

QİDA Akademiyası çərçivəsində keçirilən seminarda gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla, 20 nəfər iştirak edəcək.

Seminarın işçi dili: Azərbaycan dili.

Qeydiyyat: Seminarda iştirak üçün qeydiyyatdan keçən və iştirak təsdiqini almış təşkilat nümayəndələri və fəal gənclərin  şəxsiyyət vəsiqəsi ilə birgə 28.07.2017-ci il, saat 15:30-dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur.Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və təlimə dəvət olunacaqlar.

Qeydiyyat üçün son müraciət tarixi: 26.07.2017  12:00

Məkan: Azərbaycan Respublikası Mərkəzi Bankı

Vaxt:  31.06.2017, saat 16:00

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H