Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Sizi 3 avqust saat 16:00-da Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində “Milli ödəniş sistemi və onun əsas komponentləri” adlı seminarda iştirak etməyə dəvət edirik.

Seminar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həyata keçiriləcəkdir. Qeyd edək ki, Mərkəzi Bank tərəfindən gənclər təşkilatlarının nümayəndələri və gənclər üçün müxtəlif mövzular üzrə silsilə seminarların həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sözügedən seminar çərçivəsində təlimçi Fərid Vəliyev tərəfindən üzv təşkilatların nümayəndələri və fəal gənclər Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədəki ödəniş sistemlərini, o cümlədən hesablaşma, klirinq sistemlərinin yaradılması, onların fəaliyyətinin təşkil edilməsi, sabitliyinin və inkişafının təmin edilməsi haqqında biliklərə yiyələnəcəklər. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılacaqdır.

Qeyd edək ki, “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 85 gənclər təşkilatından 680 iştirakçı QİDA proqramı çərçivəsində 66 ayrı təlimdə iştirak edib.

QİDA Akademiyası çərçivəsində keçirilən təlimdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla, 20 nəfər iştirak edəcək.

Təlimin  işçi dili: Azərbaycan dili.

Qeydiyyat: Təlimdə iştirak üçün qeydiyyatdan keçən və  iştirak təsdiqini almış təşkilat nümayəndələri və fəal gənclərin  şəxsiyyət vəsiqəsi ilə birgə 03.08.2017-ci il, saat 15:30-dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur.Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və təlimə dəvət olunacaqlar.

Qeydiyyat üçün son müraciət tarixi: 02.08.2017  18:00

Məkan: Azərbaycan Respublikası Mərkəzi Bankı

Vaxt:  03.08.2017, saat 16:00

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H