Hörmətli üzv təşkilatların rəhbər  nümayəndələri və mühasibləri,

Sizləri 18 avqust 2017-ci il saat 15:00-da keçiriləcək "Gənclər və Elektron Hökumət" adlı təlimə dəvət edirik. Təlim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər  təşkilatlarınin rəhbər və nümayəndələri üçün həyata keçirilir.

Təlim zamanı Elektron Hökumət portalı (www.e-gov.az), dövlət elektron xidmətləri, elektron sənəd və imza, elektron imzanın praktiki tətbiqi və imza ilə menecment və biznes proseslərin səmərəliliyin artırılması, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların elektron qaydada təqdim edilməsi, əmək bildirişlərinin qeydiyyata alınması xidməti və bu barədə işə götürənə məlumatın verilməsi xidmətinin izahı barədə ətraflı məlumatlar veriləcəkdir.Təlimin məqsədi "Elektron Hökumət" həllərinin istifadəsi barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaqdır.

Milli Şuraya üzv təşkilatların rəhbər və nümayəndələrini  təlimlərdə fəal olmağa çağırırq və qeyd etmək istərdik ki, hər təşkilatdan 5 nəfər nümayəndənin iştirakı vacibdir. Təlimləri uğurla başa vuran təşkilatlara elektron imzalar təqdim olunacaqdır.

Milli Şura, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birlikdə elektron hökumətin inkişafı üzrə davamlı olaraq bir sıra tədbirlər həyata keçirir. Bunlardan ən əsası elektron imzaların istifadəsi barədə gənclər təşkilatları arasında maarifləndirmə işinin aparılmasıdır. Bu məqsədlə gənclər təşkilatları üçün davamlı təlimlər keçiriləcəkdir.

Qeyd : Birinci təlimdə iştirak edən gənclər təşkilatlarının iştirakı ikinci təlimdə nəzərdə tutulmur.

Məkan: Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Bakı şəh, Şərifzadə 241 İnşaatçılar metro stansiyasının yaxınlığı

Saat: 15:00                                              

Vaxt: 18.08.2017

Qeydiyyat üçün son müraciət tarixi: 16.08.2017-ci il

Əlaqələndirici şəxs: Minacət Əliyeva
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H