Hörmətli üzv təşkilat nümayəndələri və fəal gənclər,

Sizi Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi layihənin təlimdə iştirak etməyə dəvət edirik.

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Təlim zamanı “Gözləntilərin müəyyənolunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti”, “Selektiv abort qərarına təsir edən amillər”, “Selektiv abortlar ilə bağlı mövcud rəqəmlər və durum barədə məlumat”, “Dölun (ana bətnində cinsiyyəti məlum olmuş uşaq) cinsi əsasında aparılan abortlar” kimi məsələlərə toxunularaq auditoriyaya geniş məlumat veriləcək.

Layihə çərçivəsində cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və dəyərini vurğulamaq məqsədilə 25-26, 28-29, 30-31 avqust  tarixlərində hər birində 20 gənc kişi iştirakçı olmaqla həyata keçiriləcəkdir.

Təlimdə uğurla iştirak edən gənclər şəhadatnamələrlə təltif olunacaqdır.

Təlimdə iştirak üçün 18-35 yaş arası kişilər müraciət edə bilər. Təlimdə iştirak etmək  üçün aşağıdakı formanı dolduraraq qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün son müraciət tarixi: 23.08.2017 12:00

Məkan: ARGTMŞ Gənclər Evi

Vaxt: 25-26, 28-29,30-31 avqust 2017-ci il 10:00

Əlaqələndirici şəxs: Pərvin Qasımov
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 30
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H