Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məlumat Turunu gənclər təşkilatları və gənc sahibkarların iştirakı ilə 25 sentyabr 2017-ci il tarixində, saat 11:00-da  “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin” inzibati binasında keçiriləcəkdir.

Belə ki, dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir sıra mühüm qərarlar qəbul edilmişdir. Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir.

Məlumat turu zamanı gənclərin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strukturu və fəaliyyəti istiqamətləri ilə yaxından tanışlığı, Bir Pəncərə İxraca Dəstək Mərkəzinə ziyarəti, Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı haqqında ətraflı məlumatlandırılması nəzərdə tutulub. Məlumat turunda iştirakçılara həmçinin son bir il ərzində aparılan islahatların təqdimatı keçiriləcək. İqtisadi İslahatlarla bağlı çıxışdan sonra dinləyicilərin maraq doğura biləcək sualları yerindəcə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbər nümayəndələri tərəfindən cavablandırılacaq.

Milli Şura tərəfindən məlumat turlarının keçirilməsində məqsəd Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 86 gənclər təşkilatının 360-dan çox nümayəndəsi 22 məlumat turunun iştirakçısı olub.

Qeyd: Məlumat Turunda iştirak etmək üçün ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə      gecikməməyiniz, özünüzlə şəxsiyyət vəsiqənizi və vəsiqənizin kopyasını gətirməyiniz xahiş  olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: 16, Landau Küçəsi, Bakı (“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi”nin inzibati binasının qarşısı)

Görüş saatı: 10:30                                               

Vaxt: 25.09.2017

Qeydiyyat üçün son müraciət tarixi: 23 sentyabr 2017 - cı il, saat 11:00 - a qədər.

Əlaqələndirici şəxs: Günay Məhərrəmli

Vəzifə: Proqram Koordinatoru

Mobil tel: 077 421 11 23

Tel: 012 441 16 31

Fax: 012 441 16 27

E-mail: infotour@nayora.az

Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H

 

Əlaqələndirici şəxs: Gunay Məhərrəmli
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 23
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H