V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək.

Sərgi boyunca (28-30 sentyabr 2017-ci il, saat 10:00-dan 18:00-dək) ziyarətçilərin bağışladığı kitablar (bədii ədəbiyyat, uşaq ədəbiyyatı, elmi ədəbiyyat, jurnallar və s. nəşrlər) toplanacaq.

Sərgi başa çatdıqdan sonra toplanmış kitabların bir hissəsi Cocuq Mərcanlı kəndinin yenidən qurulacaq kitabxanasına, digər hissəsi isə paytaxt və regionlarımızın kəndlərində yaşayan, kitabları, mütaliəni sevən aztəminatlı uşaqlara və gənclərə hədiyyə ediləcək.

"Sən də oxu!" şüarı ilə keçirilən aksiyada məqsəd oxuduğumuz kitabları başqa kitabsevərlərlə paylaşmaq, elmə, təhsilə, mütaliəyə marağı daha da artırmaqdır.

Sizi də bu aksiyaya qoşulmağa dəvət edirik! (Bakı İdman Sarayı, Sərgi Salonu, 80 nömrəli stend)

Əlaqələndirici şəxs: Xədicə Damadayeva
Vəzifə: İctimaiyyətlə Əlaqələr üzrə katib
Mobil tel: 077 421 11 31
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
E-mail: pr@nayora.az
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H