Əziz gənc atalar və qızları,

Sizləri, 14 oktyabr 2017-ci il tarixində saat 14:00-dan 18:00-dək Nizami küçəsində baş tutacaq “Ata və Qız” festivalında iştirak etməyə dəvət edirik.

Festival müddətində müxtəlif şou və əyləncə proqramları və hədiyyələr sizləri gözləyir.

 Ailənizlə yadda qalan və fərqli bir həftəsonu keçirmək, eləcədə    övladınıza əyləncə dolu bir gün yaşatmaq  istəyirsinizsə bizə qoşulun və qız övladlarının dəyərinin təbliğ olunmasına dəstək olun.

  Gün ərzində fasiləsiz keçiriləcək fəaliyyətlər

  • Pazl yarışı
  • Mim
  • Kloun şousu
  • Sehirbaz şousu
  • Karikatura çəkilişi
  • "Face art" çəkilişi
  • Dulusçuluq master klası
  • Saçhörmə  yarışı

Müsahibə və yarışların keçirilmə vaxtları

  • 15:00 – Pantomima
  • 15:20 – Saç hörmə yarışı
  • 16:00 – Kukla teatrının əməkdaşlarının çıxışları
  • 16:20 – “Səssiz film” oyunu
  • 17:15 – “Xəbəri uşaqdan al” oyunu

 

Həmçinin festival çərçivəsində müxtəlif viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr veriləcəkdir.

Festival Nizami küçəsi 62C (McDonaldsın arxası, İSR Plazanın yanı) ünvanında  Mədəniyyət və Turizm Nazirliyinə məxsus açıq səhnədə keçiriləcəkdir.

Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin təşkil olunmasıdır.

Festival, Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.

 

 

Əlaqələndirici şəxs: Pərvin Qasımov
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 30
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H