Hörmətli gənclər təşkilatlarının rəhbərləri,

Sizi, 9 dekabr 2017-ci il, 10:00-13:00 müddəti ərzində Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının Akt zalında həyata keçiriləcək Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisində iştirak etmək üçün qeydiyyatdan keçməyə çağırırıq. Məclisdə üzv təşkilatların iştirakı mütləqdir.

Qeyd edək ki, baş tutacaq Məclisdə hesabat dövründə görülən işlərlə bağlı Milli Şuranın üzvlərinin məlumatlandırılması, növbəti il ərzində qarşımızda duran çağırışlarla bağlı müzakirələrin aparılması,  eyni zamanda yeni üzvlərin qəbul edilməsi və digər mühüm məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Məclisdə iştirak edəcəyinizi təsdiq etmək məqsədi ilə 6 dekabr 2017-ci il, saat 18:00-dək  aşağıda yerləşdirilən qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçməyiniz vacibdir. Hər bir təşkilat sədrilə yanaşı təşkilatın daha bir gənc nümayəndəsinin Məclisdə iştirak etməsini təmin etməyiniz xahiş olunur.

Qeydiyyat üçün son tarix: 6 dekabr 2017 -ci il, 18:00-dək

DİQQƏT: Təşkilat rəhbərinin iştirakı mümkün olmadıqda tədbirdə iştirakı nəzərdə tutulan əsas nümayəndəyə təşkilat rəhbəri tərəfindən səsvermə hüququnun ötürülməsi ilə bağlı yazılı vəkalətnamə verilməlidir. Vəkalətnamə təşkilat rəhbərinin imzası və təşkilatın möhürü ilə olmalıdır. Vəkalətnamə 6 dekabr 2017-ci il 18:00-a qədər members@nayora.az e-mail ünvanına göndərilməlidir. Vəkalətnaməsi olmayan qeyri-rəhbər nümayəndələr səsvermə üçün mandat ala bilməyəcək.

DİQQƏT: Məclisdə iştirak üçün qeydiyyatdan keçən təşkilat rəhbər və nümayəndələri 9 dekabr  2017-ci il saat 10:00-da  tədbirin keçiriləcəyi məkanda olması və qeydiyyat üçün ayrılmış masaya yaxınlaşması xahiş olunur. 

Qeyd 1: Milli Şuranın Nizamnaməsinin 2.8. maddəsinə əsasən, üzv gənclər təşkilatı Milli Şuranın Məclislərində 3 dəfə iştirak etmədikdə, Milli Şuraya üzvlüyü dayandırılır.

Qeyd 2: Regionlarda yerləşən üzv gənclər təşkilatlarının Məclisdə iştirakı üçün nəqliyyat xərcləri təsdiqedici sənəd (bilet) təqdim edildiyi halda, Milli Şura tərəfindən qarşılanır.

Tədbirin tarixi:  9 dekabr 2017-ci il

Məkan: Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının Akt zalı  (Bakı, Fətəli xan Xoyiski prospekti 98)

Əlaqələndirici şəxs: Vüsal Əhmədov
Vəzifə: Üzv təşkilatlarla iş üzrə katib
Mobil tel: 077 421 11 62
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H