Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məlumat Turu gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərin iştirakı ilə 06 dekabr 2017-ci il tarixində, saat 11:30-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçiriləcəkdir. Məlumat Turu Nazirliyin rəhbər nümayəndələri tərəfindən təşkil olunacaq.

Keçiriləcək Məlumat turu zamanı iştirakçılar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti haqqında təqdimat vasitəsi ilə nazirliyin missiyası və strukturu, Azərbaycanın ekoloji balansında rolu haqqında məlumat əldə edəcək, şöbələri ilə tanış olacaq, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda, xüsusən, gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumatlar əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə iqtisadiyyatının təbii sərvətlərə olan ehtiyyacının ödənilməsinə, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasının təmin edilməsinə, meşələrin mühityaradıcı, su mühafizəsi və digər təbii faydalı xüsusiyyətlərinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiət abidələrinin, komplekslərin və obyektlərin bioloji müxtəlifliyinin qorunub saxlanılmasına istiqamətlənmiş tədbirləri hazırlayır və həyata keçirir. Gənclərin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. Ətraf mühit sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, ətraf mühit problemlərinin səmərəli həlli yollarının tapılmasına gənclərin cəlb olunması və bu sahədə təlim-tədrisin təşviqi məqsədə uyğun hesab edilir.

Milli Şura tərəfindən məlumat turlarının keçirilməsində məqsəd Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 86 gənclər təşkilatının 360-dan çox nümayəndəsi 23 məlumat turunun iştirakçısı olub.

QEYD: Məlumat Turunda iştirak etmək üçün ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz, özünüzlə şəxsiyyət vəsiqənizi və vəsiqənizin kopyasını gətirməyiniz xahiş  olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar.

Görüş yeri: B.Ağayev küç. 100A (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının qarşısı)

Görüş saatı: 11:30                                              

Vaxt: 06.12.2017

Qeydiyyat üçün son müraciət tarixi: 05 dekabr 2017 - cı il, saat 11:00-a qədər.

Əlaqələndirici şəxs: Samir Mehrəliyev
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H