Bəlkə “İlin könüllüsü” sənsən?

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə möhtəşəm “İlin könüllüsü 2017” mükafatı üçün ərizə qəbulu artıq başladı.

Mükafatın  əsas məqsədi ölkədə könülllü gənclər arasında ən fəal, təcrübəli, işgüzar, bacarıqlı və çalışdığı komanda arasında fərqlənməyi bacaran gənclərin seçilməsi, mükafatlandırılması, həmçinin bu və müxtəlif vasitələrlə digər gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına səfərbər olunmasıdır.

Əgər sən:

  • Müxtəlif zamanlarda aşagıda göstərilən 5 nominasiyadan biri üzrə effektiv, məqsədəuyğun könüllülük fəaliyyəti ilə məşğul olmusansa;
  • 14-35 yaş aralığındasansa ;
  • Könüllü fəaliyyəti zamanı işlədiyi komandada hörmət qazanmağı bacarmısansa;
  • İntensiv könüllülük fəaliyyəti ilə məşğul olmusansa;
  • Uğurlu könüllülük yolu keçmisənsə

Səni bu mükafata namizəd olmağa dəvət edirik!

 Mükafat  ölkədə olan könüllülülərin boyük əksəriyyətini əhatə edən 5 nominasiya üzrə verilir:

       ​1. Dövlət Qurumlarında Könüllülük

       2. Genişmiqyaslı Tədbirlərdə Könüllülük

       3. Qeyri-hökümət Təşkilatlarında Könüllülük

       ​4. Ekoloji Könüllülük

       5. Sosial Könüllülük

Mükafatlar

“İlin könüllüsü 2017” də hər nominasiya üzrə I yerə layiq görülmüş şəxslər  mükafat olaraq  1000 azn məbləğində pul, diplom“İlin könüllüsü” yaxa nişanı ilə təltif olunacaqlar. Son mərhələyə keçən və digər  yerlərə layiq görülən gənclərə diplom və hədiyyə paketləri təqdim olunacaqdır.

“İlin könüllüsü” olmaq üçün nə etməlisən?

Bunun üçün:

  1. Namizədlik verdiyin nominasiyanı müəyyən et.
  2. “Nəyə görə mən İlin Könüllüsü olmalıyam” sualını 2 dəqlqəlik video çəkərək cavablandır.
  3. Qeydiyyat formasını doldur və videonu yükləmək üçün göstərilən yollardan birini seç və yüklə.
  4. Müsahibəyə gəl.
  5. Seçil və  “İlin Könüllüsü”  sən ol!!!

Qeydiyyat üçün son tarix  5 yanvar 2018-ci il saat 18:00-dur.

Qeyd edək ki, “İlin Könüllüsü 2017” mükafatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə  “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində həyata keçirilir. “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.

                                                      Dərhal Müraciət et və Qeydiyyatdan keç!!!

    Bu şansı qaçırma! İlin könüllüsü sən ol!!!

“İlin könüllüsü” nədir? : http://ilinkonullusu.az/ilin_konullusu_nedir/

Əlavə məlumat üçün link: http://ilinkonullusu.az/

Müraciət qaydaları ilə tanış olmaq üçün link: http://ilinkonullusu.az/terms/

 

Əlaqələndirici şəxs: Samir Mehraliyev
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H