Sizləri, 4 fevral 16:00-dan 20:30-dək Park Bulvar AVM-də baş tutacaq “We Can, I can” (Biz bacararıq, Mən bacararam)  sosial-xeyriyyə aksiyasında iştirak etməyə dəvət edirik.

Aksiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, “Park Bulvar” AVM, Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində 2  fevral – Azərbaycan Gənclər Günü ərəfəsində, 4 fevral – Dünya Xərçəng Günündə həyata keçirilir. 

Aksiyasının əsas məqsədi 4 fevral – Dünya Xərçəng Gününün ölkəmizdə tanıdılması, xeyriyyəçilik fəaliyyətinin təbliği, cəmiyyətimizdə bu xəstəliyə tutulmuş şəxslərə qarşı diqqət yaratmaqdır.

Sosial-xeyriyyə aksiyası müddətində siz qan xərçəngindən əziyyət çəkən xəstələr üçün təşkil olunmuş qanvermə aksiyasında iştirak edə bilərsiniz. Aksiya çərçivəsində gənc ifaçıların iştirakı ilə xeyriyyə konsertinin də təşkili nəzərdə tutulub.

Qeyd: Qanvermə aksiyasında hamilə qadınlar və aşağıdakı xəstəliyin daşıyıcıları iştirak edə bilməz!

  1. Hepatit B
  2. Hepatit C
  3. AİDS
  4. Malyariya
  5. Vərəm

 

Əgər siz də 4 fevral- Dünya Xərçəng Gününün bir hissəsi olmaq, ehtiyacı olan insanlara yardım etmək, istəyirsinizsə bizə qoşulun və bu günün məqsədinin daha çox insana çatdırılması üçün dəstək olun.

Qeyd edək ki, ”Dünya Xərçəng Günü” 2008-ci ildən indiyə kimi hər il fevral ayının 4-də qeyd olunur. “Dünya Xərçəng Günü” çərçivəsində fəaliyyətlər son iki il ərzində “We can, I can” (Biz bacararıq, Mən bacararam) devizi ilə fəaliyyət göstərən kampaniya vasitəsilə koordinasiya edilir. Sözü gedən kompaniya indiyə qədər 166 ölkədən 60 tərəfdaş, 1050 üzv və 3280 nümayəndəni əhatə etmişdir. 

 

 

Əlaqələndirici şəxs: Samir Mehraliyev
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 440 16 31
Fax: 012 440 16 27
Ünvan: “Park Bulvar” AVM