Əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri,

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramına ərizə qəbuluna start verilir.

“Gənc Elçilər” Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramıdır. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.

 

“Gənc Elçilər” Proqramına qoşulmaqla əldə edəcəksiniz:

 

·  Diplomatiya və təmsilçiliklə bağlı təlim və seminarlarda iştirak edərək məlumatlanma;

·  Beynəlxalq münasibətlər üzrə mütəxəssislər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etmək imkanı;

·  Müvafiq sahədə şəxsi və peşəkar bacarıqların artırılması;

·  Beynəlxalq tədbirlərdə ölkəni təmsil etmə imkanı;

·  Peşəkar və mehriban komandanın, “Gənc Elçilər Şəbəkəsinin” üzvü olmaq şansı.

 

“Gənc Elçilər” Proqramı öz fəaliyyətində 3T modelinə əsaslanır:

 

#Təlim – Gənclərin diplomatiya sahəsində təlimləndirilməsi

#Təcrübə – Gənclərə təmsilçiliklə bağlı praktiki biliklərin aşılanması

#Təmsilçilik – Gənclərə beynəlxalq tədbirlərdə təmsilçilik imkanlarının yaradılması

 

Proqram iştirakçıları üçün aşağıda göstərilən meyarlara namizədin seçimində üstünlük veriləcəkdir:

 

·  18-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları

·  İngilis dilində sərbəst danışıq qabiliyyətinə malik gənclər (əlavə dil biliyi üstünlükdür)

·  Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş gənclər

·  Yüksək şəxsi keyfiyyətlərə və beynəlxalq təcrübəyə malik olan gənclər

·  Proqramın bütün fəaliyyət dövründə iştirak etmək imkanına malik gənclər

 

“Gənc Elçilər” Proqramının iştirakçıları aşağıdakı fəaliyyətlərdə iştirak edəcəklər:

 

·  Proqramın ilkin mərhələsində keçiriləcək təlim və seminarlarda iştirak;

·  Diplomatik nümayəndəliklərlə görüşlərin keçirilməsi;

·  Gənclər siyasəti ilə bağlı keçirilən tədbirlərdə iştirak;

·  Proqram komandası tərəfindən verilən araşdırma işi, təbliğat və digər tapşırıqların yerinə yetirilməsi;

·  Beynəlxalq tədbirlərdə iştirak;

·   Proqramdan sonra “Gənc Elçilər Şəbəkəsi”nin ən az 1 il üzvü olmaq və fəaliyyətində iştirak etmək;

       

        “Gənc Elçilər” Proqramında iştirakçıların seçim proseduru 2 pillədə aparılacaq:

 

· Onlayn qeydiyyat mərhələsi. Qeydiyyat onlayn formada müraciət edən namizədin özü haqqında şəxsi təhsili və peşəkar fəaliyyətini əks etdirən məlumat bölməsini doldurulması prosesi ilə həyata keçirilir.

· Müsahibə mərhələsi. Qeydiyyat mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibə zamanı namizədlərin müvafiq sahədə təcrübə və məlumatlılığı yoxlanılacaq. Yekun olaraq namizədlər sırasından seçilmiş gənclər proqramda iştirak hüququ qazanacaq.

 

“Gənc Elçilər” Proqramına qoşulmaq üçün qeydiyyatdan keçin.

 

Qeyd: Qeydiyyat formunu ingilis dilində doldurmağınız tələb olunur.

 

Son Qeydiyyat tarixi: 25 fevral 2018-ci il. 

 

Əlaqələndirici şəxs: İlhamə Qasımzadə
Vəzifə: Beynəlxalq Əlaqələr üzrə katib
Mobil tel: 077 421 11 91
Tel: 012 440 16 31
Fax: 012 440 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H