"Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol " Seminarı

ARGTMŞ-ın Azərbaycan Könüllülük Xidməti Proqramı çərçivəsində həyata keçirdiyi “SALTO EECA Resource Center” təlimçisinin seminarında iştirak et, Avropa Könülüllülük Xidməti ( European Voluntary Service – EVS ) ilə Avropa ölkələrində könüllü olmaq imkanı əldə et! Avropa Könüllülük Xidməti Avropa Birliyinin "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsini həyata məqsədi keçirmək məqsədi ilə həyata keçirilir. Avropa Könüllülük Xidməti ilə gənclər 2 həftədən 12 aya qədər fərqli ölkədə fərqli mühitdə könüllü olaraq fəaliyyət göstərmək , təcrübə qazanmaq, dil biliklərini inkişaf etdirmək və öyrənmək şansı əldə edir.

"Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol " seminarından öyrənəcəksiniz:
- Beynəlxalq könüllülük nədir?
- Avropada necə könüllü olmaq olar?
- Avropada Könüllü olmağın şərtləri
- Avropa Könüllülük Xidmətinin üstünlükləri
- Avropa Könüllülük Xidməti Proqramında maddi təminat
- Azərbaycan Könüllülük Xidməti nədir?
- Azərbaycan Könüllülük Xidmətinə necə qoşulmaq olar?


Tarix: 17 Aprel 2015-ci il, saat 15:00 - 19:00,
Məkan: Gənclər Evi, Bakı şəhəri,  Süleyman Rüstəm küç. 15H
Təlimçi: Natalia Nikitina
Təlimçinin profili haqqında bu linkdən məlumat əldə edə bilərsiniz

Yaş məhdudiyyəti:14-29
Seminarın işçi dili: İngilis dili (Azərbaycan dilinə tərcümə ilə)
Son müraciət tarixi: 14.04.2015 15:00
Seminarda iştirak üçün qeydiyyat:


Məlumat üçün qeyd edək ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS ) 18-30 yaşlı gənclərin öz ölkələrindən fərqli ölkədə könüllülük fəaliyyətini təşkil edən beynəlxalq nüfuzlu proqramdır. Proqram çərçivəsində könüllülərin nəqliyyat, viza, qida və yaşayış xərcləri Avropa Komissiyası tərəfindən qarşılanır. Avropa Könüllülük Xdmətinin Azərbaycan Modeli olan Azərbaycan Könüllülük Xidməti də Azərbaycan gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Bu istiqamətdə proqramın Fransa, Bolqarıstan, Türkiyə, Portuqaliya, Rumıniyadan olan təşkilatlarla əməkdaşlığı mövcuddur.
Azərbaycan Könüllülük Xidməti Proqramı həmçinin 2013-cü ildən Azərbaycanda ilk dəfə olaraq ölkədə regionlararası könüllü mübadiləsini həyata keçirir. Proqramın 2014-cü il layihəsi Azərbaycanın 13 regionundan 15 Gənclər Evlərini əhatə etmişdir. Layihədə 15 könüllünün qrup rəhbərliyi etdiyi 20 könüllü, ümumilikdə 35 gənc iştirak etmişdir. Könüllülər 1 aylıq ezam olunduqları digər regionun Gənclər Evlərində qrup rəhbəri ilə birgə müxtəlif istiqamətli fəaliyyət göstərmişdir (bu haqda daha ətraflı: AKX kitabça).
Bütün könüllülər sığortalanmış, üç tərəfli müqavilə əsasında fəaliyyət göstərmiş, nəqliyyat, yaşayış, qida, cib xərci, iştirakçı paketi ilə təmin edilmişdir.
Layihənin sonunda fəaliyyətdə xüsusi fərqlənmiş könüllü “İlin könüllüsü” mükafatı ilə təltif edilir.

 

 

Əlaqələndirici şəxs: Nigar İbrahimova
Vəzifə: Proqram assistenti
Mobil tel: (+994) 50 538 68 03
E-mail: info@akx.az
Ünvan: Azərbaycan, Bakı şəh.,Süleyman Rüstəm küç. 15H