Sizləri, 14 oktyabr 2017-ci il tarixində saat 14:00-dan 18:00-dək Nizami küçəsində baş tutacaq “Ata və Qız” festivalında iştirak etməyə dəvət edirik.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək.

Sizləri 29 sentyabr 2017-ci il saat 15:00-da keçiriləcək "Gənclər və Elektron Hökumət" adlı təlimə dəvət edirik. 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məlumat Turunu gənclər təşkilatları və gənc sahibkarların iştirakı ilə 25 sentyabr 2017-ci il tarixində, saat 11:00-da  “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin” inzibati binasında keçiriləcəkdir.

Sizi Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi layihənin təlimdə iştirak etməyə dəvət edirik.

Sizləri 18 avqust 2017-ci il saat 15:00-da keçiriləcək "Gənclər və Elektron Hökumət" adlı təlimə dəvət edirik. 

Sizi, Gənclər Təşkilatları Milli Şurası tərəfindən “12 Avqust Beynəlxalq Gənclər Günü” münasibətilə həyata keçirilən “Gənclər və Sülh” mövzusunda şəkil müsabiqəsində iştirak etməyə dəvət edirik.

Sizi 3 avqust saat 16:00-da Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində “Milli ödəniş sistemi və onun əsas komponentləri” adlı seminarda iştirak etməyə dəvət edirik.