Müsahibələr - Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycanın Respublikası Gənclər Təşkilatları Milli Şurası

Müsahibələr

Ümummilli lider Heydər Əliyevin gənc nəslə olan böyük etimadından ilhamlanaraq 1996-cı ildə ölkənin ən böyük gənclər platformasının əsası qoyuldu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası təsis olundu.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov iki sahil qəzetinə açıqlamasında qeyd etdi ki, inkişaf tədricən baş verən bir prosesdir və bu prosesin bütün mərhələlərini uğurla keçən Azərbaycanın inkişafına münasibət də fərqlidir:

"Biz Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) olaraq, 112 gənclər təşkilatını birləşdirən ölkənin ən böyük gənclər platformasıyıq. Bir platforma olaraq, hər bir Azərbaycan vətəndaşı kimi Xocalı soyqırımının dünyaya çatdırılması bizim mənəvi borcumuzdur. Onlar bilsinlər deyə deyil.

“Azərbaycan gənclər ölkəsidir və burada gənclərlə bağlı fəaliyyət, atılan addımlar daxili və ümumbəşəri çağırışları birləşdirir, strateji əhəmiyyət daşıyır. Verilən qərarlar və qəbul sənədlər dünyanın gündəmi ilə uzlaşır”. Bunu SİA-ya Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov təşkilatın fəaliyyəti və 2015-ci il üçün planları barədə Gün.Az-a müsahibə verib.
Hesabat dövrü ərzində təşkilat “gənclər siyasətinə dəstək” istiqaməti çərçivəsində dünyanın bir çox aparıcı platformalarının qərarvermə prossesində təmsil olunma hüququ qazanıb.
Son illər Azərbaycanın bütün sahələrdə əldə etdiyi sürətli inkişaf ölkəmizi mühüm beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının yüksək səviyyədə keçirildiyi məkana çevirib. Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq idman turnirləri və tədbirləri yüksək təşkilatçılığına görə yerli və xarici mütəxəssislər, iştirakçılar tərəfindən təqdirlə qarşılanır.
“Dünya Türk Gəncləri Birliyi təkcə gənclərlə bağlı məsələləri deyil eyni zamanda sahibkarlıq, ticarət, media və digər sahələrdə də türk xalqlarını bir araya gətirir və onların sıx əməkdaşlığını təşkil edir.”