photo

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Varna şəhərində keçirilən “100% Gənclər üçün şəhər” layihəsində iştirak edib. Layihə Portuqaliya Milli Agentliyi və Braqa şəhərinin meriyası tərəfindən həyata keçirilir. Layihənin işçi qrupunun üzvü olan Aysun Zeynalova eləcədə Kluj-Napoka Avropa Gənclər Paytaxtı 2015 Kluj-Napoka, Avropa Gənclər Paytaxtı 2016 Gəncə və Riqa şəhərlərində görüşlərdə iştirak edib.

Layihənin əsas məqsədi Avropa şəhərlərin gənclərə uyğunluğunu ölçmək üçün standartların yaradılması və şəhərlərin bu standartlara uyğun qiymətləndirilməsidir.

Layihə çərçivəsində gənclər şəhərlərin qiymətlərdirmə mexanizmini yaratmaq üçün şəhərlərin gənclər üçün mövcüd olan infrastruktur, iş imkanları, xidmətlər və keçirilən layihələrlə tanış olub, şəhərlərdə keçirilən layihələr haqqında məlumatlanıb monitorinqlər aparıblar. Daha sonra planlaşma işləri bitdikdən sonra gənclər Avropa ölkələrinin monitorinqləri əsasında şəhərlərin gənclər üçün uyğunluğunu müəyyənləşdirəcəklər son mərhələdə şəhərlərə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Aysun Zeynalova bu dəfəki səfərində Varna şəhərin Meriyası və təhsil üzrə müavini ilə görüşüblər. Görüşdə perspektivlər və şəhərlərarası yeni əməkdaşlıqlar müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.