photo

“QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində “Sosial sahibkarlıq” mövzusunda təlim keçirilib. Bakı Dövlət Universitetinin beynəlxalq təhsil və inkişaf üzrə konsultantı Günay Muxtarova tərəfindən keçirilən təlimdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib.

Təlimdə iştirakçılara sosial sahibkarlıqla bağlı ilkin biliklər verilib. Daha sonra gənclər sosial sektor institutlarının səmərəsizlikdən tərəqqi metodlarına keçmə və mütərəqqi idarəçilik üsulları və digər məlumatlar əldə ediblər. Təlimin sonunda mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

"Təbiət Dostları" gənclərin ekoloji maariflənməsinə kömək İctimai Birliyinin Baş katibi Nuray Şahvələdli: ““QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı Gənclər Təşkilatlarının məlumatlanması və bu sahədə maarifləndirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. QİDA proqramı nəinki, gənclər təşkilatlarının o cümlədən də fərdi gənclərin öz qabiliyyətlərinin artırılması və gənclərin həm də fərd olaraq təşkilatlanmasında mühüm paya malikdir.”

Qeyd edək ki, seminar  2013- cü ildən bəri ARGTMŞ-ın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi ənənəvi proqramlarından biri olan “QHT İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçiriləcək. QİDA çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm dənə zəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlimalətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 82 gənclər təşkilatından 620 iştirakçı QİDA proqramı çərçivəsində 62 ayrı təlimdə iştirak edib.