photo

20 iyun 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Bakı Neft Emalı Zavodunda keçirilib. Məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Məlumat turu zamanı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun strukturu və fəaliyyəti istiqamətləri haqqında ətraflı məlumat verilib, zavodun ərazisində yerləşən əsas istehsal qurğuları və Zavodda olan Heydər Əliyev muzeyi ilə tanışlıq olub. İştirakçılar həmçinin, zavod tərəfindən gənclərlə birgə keçirilən layihələr haqqında məlumat əldə ediblər və turun sonunda zavodun 60 illik yubileyinə həsr olunmuş video-çarx nümayiş olunub. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova: “Milli Şura olaraq həyata keçirdiyimiz Məlumat Turları ölkənin müxtəlif əhəmiyyətli dövlət qurumlarına, özəl sektorlara təşkil olunur. Bu gün Neft Emalı Zavoduna təşkil olunan Məlumat Turunda qurumun ölkə üçün əhəmiyyəti, gənclərimizin neft sektorunda inkişafı və digər məsələlər haqqında məlumatlar əldə olundu. Düşünürəm ki, Milli Şura ilə Bakı Neft Emalı Zavodun gələcək illərdə gənclərimiz üçün birgə əməkdaşlıq edəcəkdir”.

Milli Şuranın üzvü olan "Azərbaycan-Slavyan Gənclər Assosiasiyası" İctimai Birliyinin sədri Səbuhi Abbasov: “Məlumat Turları biz Gənclər Təşkilatlarının maariflənməsi və yeni sosial həyatda baş verən ictimai reaksiyamızın formalaşmasında mühüm rola malikdir. Bu səbəbdən Gənclər Təşkilatları Milli Şurasına təşəkkürümüzü bildiririk ki, həm bir gənclər təşkilatının sədri kimi həmdə bir media mənsubu kimi həm hökümət həm kommersiya həmdə qeyri kommersiya qurumlarının tanıdılmasında bizə dəstək olur və bu istiqamətdə ən yüksək səviyyədə bizlə qarşılıqlı fəaliyyət çərçivəsində fəaliyyət göstərir”.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emal Zavodu yarandığı gündən Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri qabaqcıl müəssisəyə çevrilmişdir. 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Neft Emal zavodunda 300 mln. tondan artıq netf emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmişdir. Zavod rsepublikanın neft məhsullarına olan təlabtı tam ödəyir. Belə ki, müasir standartlara cavab verən, Neft Emal Zavodu Azərbaycan neftinin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında və imicinin formalaşmasında öz töhfəsini verməkdədir.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək Milli Şuranın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”,“Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR),“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fonduna məlumat turları təşkil olunub.