photo

 

 

 

Hörmətli gənclər təşkilatlarının rəhbərləri və gənclər,

4 İyul saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnurqızı həlak olublar. Hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün Twitter sosial şəbəkəsində #karabakh #karabakhnow #NKpeace #stoparmenianaggresion #armenia   həştaqlarından ibarət məlumatların paylaşılmasına start verilib.


Twitter sosial şəbəkəsində qeyd olunan həştaqlardan istifadə edərək bu məsələ ilə bağlı məlumatları paylaşmağınız tövsiyə olunur. Əgər, Twiter hesabınız yoxdursa və istifadə qaydalarını bilmirsinizsə aşağıdakı qaydalar əsasında həm özünüz, həm də əməkdaşlarınız Twitter sosial şəbəkəsində paylaşımları etmə qaydaları haqqında məlumatlana bilərlər.

 

Paylaşımları necə etməli?

  • Özünüz, əməkdaşlarınız, üzvləriniz üçün Twitter-də profillər yaradın. Twitter.com səhifəsində aşağıda yerləşdirilən qeydiyyat bölməsində ad, soyad, e-mail ünvanınız və şifrəsinizi qeyd edin. Daha sonra qeydiyyat düyməsini sıxın. Açılan növbəti səhifədə hesabınızı təsdiq edin. Növbəti mərhələdə təklif olunan ilk 5 nəfəri izləyin və davam et düyməsini sıxın. Axtarış bölməsində müxtəlif sosial şəbəkələrdən olan dostlarınızın Twitter hesablarını tapa bilərsiniz. Digər mərhələdə isə profil və örtük şəkilini seçin. Ən sonda isə qeydiyyatdan keçdiyiniz poçt ünvanına daxil olaraq, hesabınızı təsdiqləyin;
  • İlk öncə Twitter hesabınıza giriş edin Bunun üçün Twitter.com saytına daxil olaraq, poçt ünvanınızı (və ya Twitter hesabınızın adını)  və şifrənizi yazın və daxil ol düyməsini sıxın;
  • İzləyicilərinizin sayını artırın. Bunun üçün axtarış bölməsində dostlarınızı taparaq izləyə bilərsiniz;
  • AzTwi sistemində qeydiyyatdan keçin. Bunun üçün ilk öncə Twitter Azərbyacan (@Aztwi) və AztwiSupport (@AztwiSupport) səhifələrini izləməyiniz və @AztwiSupport səhifəsinə hesabınızın siyahıya əlavə olunması ilə bağlı tvit yazmağınız lazımdır;
  • Bir tvitin uzunluğu maksimum 113 simvol ola bilər(haştaqsız). Haştaqlarla birlikdə isə simvol sayı ümumi olaraq 140 ədəddir;
  • Tvit bazası formalaşdırın və bazanızı digərləri ilə bölüşün. Bunun üçün soyqırım haqqında məlumatları qeyd olunan haştaqlara birlikdə (140 simvol olmaqla) yazıb təşkilatınızın nümayəndələri, dostlarınız və eyni zamanda Milli Şuraya göndərin ;
  • Müxtəlif dillərdə paylaşımlar («tvitlər») edin;
  • Digərlərinin paylaşımlarını «retvit» edin. Bunun üçün tvitin üstündə olan retvit düyməsini sıxın;

 

Twitter-də necə qeydiyyatdan keçməli?

  • Əgər “Twitter” sosial şəbəkəsində sizin və üzvlərinizin profili yoxdursa, Milli Şuranın katibliyi profillərin yaradılmasında texniki dəstək göstərməyə hazırdır.

 

Eyni zamanda, «XƏTDƏ» Proqramı çərçivəsində hazırlanan bir neçə video-dərsliyidə izləyə bilərsiniz: