Hörmətli gənclər təşkilatlarının nümayəndələri və gənclər,

Bildiyiniz kimi, 2 gün əvvəl 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində atəşkəs pozulmuş və mülki əhali qətlə yetirilmişdir. Milli Şura bu hadisə ilə bağlı artıq Azərbaycan gəncləri adından etiraz bəyanatını müxtəlif beynəlxalq təşkilatlara və platformalara göndərməkdədir.

Dünəndən ermənilər tərəfindən öldürülmüş mülki vətəndaşların, o cümlədən 2 yaşlı Zəhranın şəkilləri nifrət nitqi məzmunlu başlıqlarla paylaşılır və həmin statuslarda nifrət nitqlərindən istifadə olunur. Bu tip postları, şərhləri şikayət etmək və Avropa Şurasının Onlayn Nifrət Nitqinə qarşı mübarizə plaformasında report etmək lazımdır.

Bu məsələdə sizin dəstəyiniz vacibdir. Bunun üçün aşağıda sizlərə report mexanizmi izah olunur:

1. Yəqin ki, hər biriniz Facebook və Twitter-in öz report mexanizmi olduğundan xəbərdarsınız.

2. Avropa Şurasının Onlayn Nifrət Nitqinə qarşı mübarizə plaforması.

https://www.nohatespeechmovement.org/hate-speech-watch/report/submit

Qeyd olunan, linkə daxil olursunuz. Link (Fb, twitter və ya başqa sosial şəbəkələrdə, medyada nifrət nitqli postların linki), Title (Reportunuza başlıq seçirsiniz), Language (ingilis və ya rus dilində olan nifrət nitqi məzmunlu şərhin və ya postun dilini seçirsiniz,) Description (Burda nifrət nitqi məzmunlu olanları izah edirsiniz), Screenshot (həmin nifrət nitqinin şəkili), Tags (nifrət nitqi nə ilə bağlıdır, məsələn violence, human rights, child və s) E-mail (öz e-mailiniz) hissələrini doldurursunuz və submit edirsiniz.

3. Tapdığınız screenshotları başlıqda linkini qeyd etməklə qrupda paylaşın.

Bunu etmək hamımızın borcudur və sizdən bunun üçün maksimum şəkildə dəstək gözləyirik.

Statistikanın hazırlanması üçün bu prosesi etdikdən sonra bizə Facebookda bildirməyiniz xahiş olunur.

Sual və təkliflərinizlə bağlı aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.

 

İlhamə Qasımzadə

Beynəlxalq Əlaqələr üzrə katib

Tel (Mob) 0774211191