photo

Gənclər Təşkilatları Milli Şurasının Azərbaycanda əlaqələndiricisi olduğu “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi elan olunub.

Müsabiqə “Uşaqlar - nifrət cinayəti qurbanları kimi” mövzusunda təşkil olunur. Müsabiqənin məqsədi dünyada hər gün balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri dünyaya çatdımaqdır.

Müsabiqə nəticəsində təqdim olunan posterlərdən ən uğurlu olanları seçilərək, müəllif hüquqları qorunmaqla, elektron albom hazırlananacaq və Avropa Şurasının üzv ölkələrinə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, İnsan Hüquqları, Uşaq Hüquqları üzrə çalışan təşkilatlar, beynəlxalq gənclər təşkilatlarına göndəriləcək və mediada yayımlanacaqdır.

“22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü”-nə  həsr olunmuş müsabiqə “Uşaqlar-Nifrət cinayəti qurbanları kimi” mövzusunda təşkil olunur və dünyada hər gün  Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri posterlərdə əks etdirir. Müsabiqə nəticəsində təqdim olunan posterlərdən müəllifin adı qeyd olunmaqla elektron albom hazırlanıb, Avropa Şurasına, İnsan Hüquqları, Uşaq Hüquqları üzrə çalışan təşkilatlar, gənclər təşkilatları və beynəlxalq qurumlara göndəriləcək, mətbuatda və sosial şəbəkələrdə yayımlanacaqdır.

Müsabiqədə iştirak etmək istəyən rəssam və dizaynerlər www.nohate.nayora.az ünvanına daxil olaraq müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü”nün əsas məqsədi nifrət nitqi hədəfinə çevrilən və ondan əziyyət çəkən insanları tanımaq, yerli və beynəlxalq səviyyədə nifrət nitqi qurbanları və insan hüquqları haqqında məlumatlılığı artırmaqdır.
Nifrət qurbanları nifrət əsaslı və nifrət nitqi nəticəsində nifrət cinayətinə uğramış, fiziki və mənəvi həsarət alan şəxslərdir. Bilindiyi kimi, dünyada cəbhə bölgələrində və konfliktli ərazilərdə yaşayan sakinlər bir çox hallarda nifrət nitqi və nifrət cinayəti ilə üzləşirlər.  Beləki, 2017-ci il 4 İyul tarixində Ermənistan Silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olmuş və nifrət cinayətinin qurbanlarına çevrilmişlər.

Xatırladaq ki, "Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "No Hate Speech Movement” - "Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.