photo

Gənclər Təşkilatları Milli Şurası Avropa Könüllülük Xidməti ( EVS) çərçivəsində daha bir Azərbaycanlı Bolqarıstanda keçirilən 2 aylıq “EVS 4 All” adlı tərcübə proqramında iştirakını təmin edib.

Təcrübə proqramın iştirakçısı Lalə Novruzova  bakalavr  təhsilini Bakı Dövlət Universitetində başa vurub, hal-hazırda Gəncə Dövlət  Universitetində magistr pilləsində təhsil alır. 2016 ci ildə “Erasmus+” tələbə-mübadilə proqramı vastiəsi ilə İtalyadanın “Pavia” Universitetində təhsil alıb.

İştirakçı Lalə Novruzova 2 ay ərzində The Day for Victims of Hate  Crimes”  “İnternational Youth Day” başlığı altında tədbirlər təşkil edib həmçinin, Koçerinovo vilayətində  məktəbli uşaqlar üçün seminarlar təşkil edib. Lalə təcrübə zamanı bir sıra tədbirlər təşkil etməklə yanaşı 3 layihənin təşkilati işlərində fəal iştirak edib.

Lalə Novruzova proqram haqqında öz təəssüratlarını bizimlə bölüşüb: “Mənim üçün böyük təcrübə olan “EVS 4 All” adlı Avropa Könüllülük Xidməti layihəsi ilə əlaqədar Bolqarıstanda təcrübə proqramında iştirak etdim. Bolqarıstanda könüllü fəaliyyət göstərdiyim zamanı ölkəmizdə gənclərə olan qayğı, mədəniyyətimiz, milli mətbəximiz haqqında orada ki gənclərə təbliğ etməyə çalışdım. Avropa Könüllülük Xidməti vasitəsi ilə əldə etdiyim təcrübə və biliklər əsasında Azərbaycanda yeni tədbirlər reallaşdırmaq istərdim. Hal-hazırda fikrimdə bir neçə ideya var ki onları reallaşdırmağı düşünürəm. Gənclərə tövsiyəm odur ki, beynəlxalq tədbirlərdə, təcrübə proqramlarında iştirak etsin. Çünki digər ölkələrdə olduğun zamanı onların mədəniyyəti və ənənələri ilə daha yaxından tanış olmaq şansı qazanırsan, orada olan gənclərdən yeni təcrübə əldə edirsən həmçinin, ingilis dilini inkişaf etdirmiş olursan.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2-ci dəfə “Avropa Könüllülük Xidməti”nin 2016-2019-cı illər üzrə akkreditasiyasından keçib. Akkreditasiya əldə etdikdən sonra ARGTMŞ rəsmi “göndərən” və “qəbul edən” təşkilat olaraq Azərbaycan gənclərinin Avropa Könüllülük Xidmətində iştirakını təmin etməkdə davam edir. Bu gün təşkilat 124 gənclər təşkilatını, minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi, Azərbaycanın ən böyük gənclər platformasıdır. Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının təsisçisi, 2014–cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvü olmuşdur.