photo

“Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan” idarə heyətinin üzvü Müşfiq Həsənov Taylandda “Digital Thailand Big Bang 2017” çərçivəsində keçirilən “GEC+Bangkok” adlı tədbirdə iştirak edib. Tədbir Qlobal Sahibkarlıq Şəbəkəsi və Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi sahibkarlar və təşkilatlarının rəqəmsal innovatorların bilikləri, yeni biznes dəstək proqramları, hökumət siyasəti və media bilikləri arasında körpü yaradan tədbirdə iştirakını təmin etməkdir.

Tədbirdə “Digital Thailand Big Bang 2017” çərçivəsində “IMPACT” sərgi baş tutub. Tədbirin iştirakçıları mövzu ətrafında müzakirələr keçirilib və davamlı icma inkişafında texnologiyaların istifadəsi üzrə sessiyalar baş tutub. Tədbir çərçivəsində Qlobal Sahibkarlıq Şəbəkəsinin Asiya regional ofisinin açılışı ilə bağlı memorandum imzalanıb.

Qeyd edək ki, Müşfiq Həsənov tədbir zamanı Qlobal Sahibkarlıq Şəbəkəsinin vitse-prezidenti Buke Cuhadar ilə görüşüb. Görüşdə Müşfiq Həsənov Azərbaycanda bu sahədə görülən işlərdən, inkişafından və dövlətin dəstəyindən bəhs edib. Daha sonra gələcəkdə əməkdaşlıq haqqında müzakirələr aparıblar.

Məlumat üçün bildirək ki, Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) vahid qlobal sahibkarlıq ekosisteminin yaradılması məqsədi daşıyan proqram və təşəbbüslərin il boyu fəaliyyət göstərən platformasıdır. GEN 165 artıq ölkədə insanlara öz ideyalarını ortaya çıxarmağa və onları dünyanın hər bir yerində iş yerlərinin yaradılması, innovasiyaların tətbiqinin sürətləndirilməsi və iqtisadi sabitliyin gücləndirilməsi kimi yeni perspektivli təşəbbüslərə çevirməyə kömək edir.