photo

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova “Gənclərin Sağlamlıq Proqramı” fondu tərəfindən təqaüd qazanaraq, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən “Həmrəy Gənc Dünya” (One Young World Summit 2017) Sammitində iştirak edib.

Sammitin məqsədi dünyanın liderlərini, siyasətçiləri, şirkət rəhbərlərini, Nobel mükafatı laureatlarını və gəncləri bir araya toplamaqdır. “Həmrəy Gənc Dünya” hər il Sammit təşkil edən və dünyanın gənc liderlərinin özündə birləşdirən platformadır. Dünyanın müxtəlif ölkələrində keçirilən Sammit minlərlə gənci birləşdirərək, dünyada baş verən qlobal dəyişiklikləri və gənclərin rolunu müzakirə etmə şansı yaradır.

Bu il keçirilən Sammitin rəsmi açılış mərasimi 4 oktyabr tarixində baş tutub. Kolumbiyanın prezidenti Oscar Naranjo, BMT-nin keçmiş baş katibi Kofi Annan, Nobel mükafatı laureatları və qaliblərinin iştirakı ilə keçirilən rəsmi açılışda Aysun Zeynalova Azərbaycanın bayrağını dalğalandırıb.  

3 gün davam edən Sammitdə yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf, rüşvətlə mübarizədə sosial mediyanın rolu, ətraf mühitin 21-ci əsrdə qorunması, qlobal problemlərin həllində bizneslərin sosial məsuliyyəti, dünyada yaşayan milli azlıqlar və onların insan hüquqları, gənclərin əmək bazarına çıxışını təmin edən təhsil, dünyada sülh mövzuları üzrə dünya liderləri tərəfindən panel çıxışları və müzakirələr aparılıb.

Qeyd edək ki, Milli Şuranın sədr müavini bu il Sammitdə iştirak edən tək Azərbaycanlıdır. Sammitdə iştirakından sonra Aysun Zeynalova “Həmrəy Gənc Dünya”nın Səfiri adı qazanıb.