photo

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Xətdə” Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində “Xetde.az” elektron portalının təqtimat mərasimi baş tutub.

Layihənin məqsədi gənclər və gənclər təşkilatları arasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə təbliğat işlərinin görülməsində fəaliyyətlərinin artırılması və təbliğat alətlərindən yaradılması istifadəsi haqqında məlumatların verilməsidir.

Təqdimat mərasimində layihə rəhbəri tərəfindən saytın məqsədi, strukturu, istifadə qaydaları və faydaları haqqında ətraflı məlumat verilib. Daha sonra tədbirdə layihə çərçivəsində hazırlanmış sosial şəbəkərlədən qeydiyyat və istifadə qaydaları haqqında video dərsliklər nümayiş olunub.

“Xetde.az” elektron portal onlayn təbliğat kampaniyalarının yaradılması və idarə edilməsi üçün müxtəlif alətlər paketlərinin cəmləşdiyi bir platformadır. Bu platforma vasitəsilə istənilən bir şəxs və ya qurum sosial şəbəkələrdə təbliğat və təşviqat kampaniyasının yaradılması, idarəolunması, kampaniya mövzularına uyğun olaraq materialları əldə edə bilər.

Məlumat üçün qeyd edək ki, layihənin hədəf qrupuna ölkədəki qeyri-hökümət və gənclər təşkilatlarının nümayəndələri, sosial şəbəkələr sahəsində fəal olan gənclər, ekspertlər, tələbələr, könüllülər və digər sahədə çalışan gənclər qrupu daxildir.

Xatırladaq ki, 2013-cü ildən start verilən “Xətdə” Proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Proqramın məqsədi gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması, sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır. Proqram çərçivəsində bu günə qədər “Retweet”, “Creatweet”, “Xocalıya Ədalət”, “31 mart Soyqırım” və “JusticeForZahra” kimi kampaniyalar həyata keçirilib.