photo

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində birgə əməkdaşlıq istiqamətində layihələr davam edir. Birgə əməkdaşlıq istiqamətində növbəti layihə Milli Şuranın üzvü olan “Tələbələrin İqsadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub. “Fərdi inkişaf üçün ilk addım” adlı təlim Avropa Şurasının “Enter!” layihəsi çərçivəsində təşkil olunub.

Layihə İsmayıllı rayonunun Cülyan kəndində 30 gəncin iştirakı ilə keçirilib. Avropa Şurasının “Enter!” layihəsi çərçivəsində həyata keçirilən “Fərdi inkişaf üçün ilk addım” adlı təlimdə iştirakçılara insan hüquqları, gənclərlə iş, fərdi inkişaf profilinin artırılması mövzularında ətraflı məlumat verilib. Daha sonra mövzu üzrə qrup işləri təşkil olunub. Təlimin sonunda gənclərə təşkilatçılar tərəfindən şəhadətnamə təqdim olunub.

“Tələbələrin İqsadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi Mirhəbib Əlizadə: “Yerli” proqramı çərçivəsində ilk dəfə idi təlim keçirdim. Bu təcrübədə kənd məktəbində oxuyan şagirdlərlə söhbətdən onların həyatda qoyduğu məqsədlərini özüm üçün kəşf etdim. Yerli layihəsin potensialı çox genişdir və mən umid edirəm gənclərin köməyi ilə həmin potensial yerinə yetiriləcək.

Qeyd edək ki, “Enter!” layihəsi gənclərin sosial hüquqlarının inkişaf etdirilməsi üzrə gənclər işçiləri və gənclər siyasəti üzrə çalışanlar üçün ödənişsiz təlim kursudur. 2017-ci ildən 2018-ci ilədək gənclər şöbəsi gənclər üçün sosial hüquqlara dair gənclər siyasətində iştirak edən gənclər və gənclər üçün uzunmüddətli təlim kursu təşkil edir. “The current Enter!” uzunmüddətli təlim kursu 25 üzv dövlətdən 30 iştirakçıdan ibarətdir və müxtəlif gənclər təşkilatları, mərkəzləri və yerli hakimiyyət orqanlarını təmsil edir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.  Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri 66 kənd və qəsəbələrdən 1500-dən çox gəncin iştirakı ilə baş tutub.