photo

“Ünvanlı Təlimləndirmə” xidməti çərçivəsində “Daxili Təlimləndirmə – gənclərin fərdi inkişafına dəstək” layihəsinin regionlarda təlimləri başa çatıb. Təlimlər Lənkəran şəhərində “Şəfəq” Ekoturizm İctimai Birliyi, Şəki şəhərində “Yaradıcı Gənclər” İctimai Birliyi, “Kreativ Düşüncə” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Şəki Ekologiya və Təhsil Mərkəzi Gənclərin İctimai Birliyi və Şəki Regional Debat Mərkəzi, Gəncə şəhərində “Gələcəyə Körpü” İctimai Birliyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələrinə təşkil olunub. Təlimlər “Layihələrin hazırlanması və büdcə tərtibatı”, “Layihələrin icrası zamanı maliyyə prosesinin idarə olunması və hesabatçılıq mərhələsi” mövzularını əhatə edib. Ümumilikdə regionlarda keçirilən təlimlərdə 64 gənc iştirak edib.

“Daxili Təlimləndirmə – gənclərin fərdi inkişafına dəstək” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub. Layihənin məqsədi gənclərin təlim diaqnostikası vasitəsi ilə təlim ehtiyacının müəyyən edilməsi və bu sahədə olan əsas ehtiyac duyduğu sahənin təlimləndirmə yolu ilə aradan qaldırılmasına töhvə verməkdən ibarətdir.

Təlim iştirakçısı Elşad Fərzəliyev: Bir neçə ildir müxtəlif təşkilatlarda fəaliyyət göstərirəm və təbii ki bir neçə layihələrin hazırlanması prosesindədə iştirak etmişəm. Layihələrin hazırlanması ilə bağlı tez-tez təlimlər keçirilsədə heç vaxt maliyyə ilə bağlı bu qədər detallı məlumatlar əldə etməmişdim. Təşkilatçılara təşəkkür edirəm”.

Təlim iştirakçısı Orxan Qasimov: “Seki seherinde telebe olandan bu yana layihelerde istirak edirdim ama layihe nece yazilir ve maliyye meseleleri her zaman mene maraqli idi. Telimde oyrendiklerimle ilk qrand elani tapan kimi mende oz layihemi verecem”.

Məlumat üçün qeyd edək ki, “Ünvanlı Təlimləndirmə” Xidməti Gənclər və İdman Nazirliyi dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində həyata keçirilir. Xidmət Milli Şuranın üzvü olan gənclər təşkilatlarının idarə və işçi heyətinə, üzv və könüllülərinə təşkilatın fəaliyyətinin təşkili və idarəolunması ilə bağlı çətinlik çəkdikləri sahələr üzrə təlimləndirilməsi vasitəsi ilə gənclər təşkilatlarının potensialının artırılmasına istiqamətlənib.