photo

26 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər üçün Elektron Hökumət” konfransı baş tutub.

Konfrans 2017-ci ildə İKT və Elektron Hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə həyata keçirilib.

Konfrans ilk öncə dövlət rəsmilərin açılış nitqi ilə start verilib. Daha sonra “Gənclər üçün Elektron Hökumət” layihəsi çərçvəsində cari il ərzində keçirilən layihələr haqqında təqdimatlar baş tutub.

Konfrans çərçivəsində “Gənclər üçün elektron Hökumət Müsabiqəsi”nin qaliblərinin elan edilməsi və mükafatlandırma mərasimi keçirilib. “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı təşkilat nominasiyası üzrə - “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi, “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyası üzrə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs nominasiyasında “Elektron Hökumət”in təbliği üzrə interaktiv dərs vəsaitinin müəllifi Ofeliya Mazanova, “Dövlət xidmətlərinin elektronlaşdırılması və “www.e-gov.az” portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyası üzrə “Biznes mühitinin Elektron hökumət portalına inteqrasiyası” təklif layihəsi ilə Orxan Kərimov birinci yerə layiq görülüb. Qeyd edək ki, müsabiqə gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsi məqsədilə keçirilib. Müsabiqə “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs, elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs və dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az portalının inkişafı üzrə ən yaxşı təklif 4 naminasiylar üzrə aparılmışdır.

Mükafatlandırılma mərasimi başa çatdıqdan sonra “Gənclər və gənclər təşkilatları tərəfindən elektron hökumət həllərinin istifadəsinin artırılması; gənclərin İKT-dən istifadə imkanlarının genişləndirilməsi məqsədilə yeni layihələrin inkişafı” mövzusunda panel sessiyasına start verilib. Paneldə spikerlərin mövzular üzrə fikirləri dinlənib, gənclər təşkilatlarının rəhbər və nümayəndələrini maraqlandırılan suallar cavablandırılıb və təkliflər səsləndirilib.

Məlumat üçün qeyd edək ki, Cənab Prezident İlham Əliyevin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərancam imzalamışdır. Sərancamda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öhdəliyinə “Elektron hökumət” portalına yeni xidmətlərin əlavə olunması ilə bağlı bir neçə öhdəlik qoyulmuşdur. Məhz, bu sərancama əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi və  Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə “Gənclər və Elektron hökumət” layihəsi çərçivəsində fəaliyyətlər həyata keçirilib.