photo

Gənclər Təşkilatları Milli Şurası və üzvü olan gənclər təşkilatları ilə birlikdə “Xətdə” Proqramı çərçivəsində həyata keçirilən “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü başa çatıb.

Fəaliyyət günü 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə təşkil olunub.

Fəaliyyət günlərində ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradlılıb. Daha sonra www.xetde.az portalında www.20yanvar.nayora.az bölməsi yaradılaraq kampaniya ilə bağlı təlimat yerləşdirilib. Təlimatda sosial şəbəkələrdə paylaşımlar zamanı hansı həştəqlərdən istifadə olunmalı, örtük şəkillərin dəyişdirilməsi, e-poçt ünvanında imza bölməsində banerdən istifadə qaydaları izah olunub.

“20 Yanvar” gününə həsr olunmuş fəaliyyət çərçivəsində Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatları tərəfindən #20January və #xetde həştəqləri istifadə olunmaqla ümumillikdə 2500 tvit paylaşılıb. Paylaşılan tvitlər 226.800 nəfərin profilində görünüb və 31.100 şəxs tərəfindən oxunub. Facebook sosial şəbəkəsində xüsusi hazırlanmış “20 Yanvar” adlı çərçivədən 206 şəxs tərəfindən istifadə olunub. Fəaliyyət zamanı, həmçinin, gənclər sosial şəbəkələrdə örtük şəkli dəyişdirib və e-poçt ünvanlarının imza bölməsində “20 Yanvar” baneri istifadə edərək kampaniyaya dəstək olublar.

Xatırladaq ki, “XƏTDƏ” Proqramı – Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı “Creatweet”, "Retweet”, “31 mart – Azərbaycanlılarının soyqırım günü” və “Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədilə fəaliyyət günləri həyata keçirilmişdir. Proqram çərçivəsində kampaniyalarla yanaşı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində “Xetde.az” elektron portalı yaradılıb. Portalın məqsədi gənclər və gənclər təşkilatları arasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə təbliğat işlərinin görülməsində fəaliyyətlərinin artırılması və təbliğat alətlərindən yaradılması istifadəsi haqqında məlumatların verilməsidir.