photo

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm Məcidova BMT-nin Nyu-Yorkdakı mənzil-gərargahında İqtisadi və Sosial Şurasının (ECOSOC) və gənclər üzrə Elçisi ofisinin birgə təşkilatçılığı ilə keçirilən Gənclər Forumunda iştirak edib. Forumda dünya ölkələrindən 700-dən çox gənc təmsil olunub.

Forumun əsas məqsədi gənclər  və gənclər sahəsində çalışan dövlət qurumları üçün platforma yaratmaq və müzakirələr zamanı yaranan nəticələri 2018-ci ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumdaki təmsil olunan dövlər nümayəndələrinə təklifləri təqdim etməkdir.

Forumda Milli Şurasının nümayəndəsi Məryəm Məcidova forum çərçivəsində müxtəlif tədbirlərdə iştirak edərək dövlətimizin gənclər sahəsindəki siyasəti, əldə etdiyi nəticələr və ölkəmizdə gənclərlə aparılacaq 2017-2021 illərin strateji işləri haqqında ətraflı məlumat verib. Məryəm Məcidova forum zamanı BMT-nin Baş Katibinin Gənclər üzrə Elçisnin ofisinin təşkili ilə olunan xüsusi görüşlərdə və sesiyalarda iştirak edib. O, həmçinin BMT radiosunun (UN Radio) qonağı olub. Müsahibə zamanı Azərbaycan gəncliyinin əsas problemlərinə toxunmüş və Milli Şuranın Dayanıqlı İnkişaf Məqsədləri sahəsində olan təcrübəsini bölüşmüşdür. Məryəm Məcidova bildirib ki, “Dayanıqlı İnkişaf Məqsədləri Milli Şuranın əsas prioritetlərindən biridir və ölkənin gənclər təşkilatlarını özündə birləşdirən bir qurum olaraq Azərbaycanın Könüllü Milli Hesabatına 2019-cu ildə öz tövhəsini vermək üçün işlər aparacaqdır”.

Qeyd edək ki Azərbaycanın BMT-ə növbəti Milli Hesabatı 2019-cu ildə Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum nəzdində veriləcəkdir.

Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının əsas orqanlarından biri olan İqtisadi və Sosial Şura (ECOSOC) hər biri 3 il müddətində fəaliyyət göstərən 54 üzvdən ibarətdir, üzvlər ildə iki dəfə bir araya gəlirlər.  Azərbaycan Respublikası BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilib və Milli Şura 2002-ci ildən BMT-də 54 dövlətin təmsil olunduğu  ECOSOC üzvüdür.